Velkro ilk dəfə parça qarmaq və bağlayıcı düymə[1] istehsal edən və bunu kommersiya məqsədilə bazara çıxaran şirkətdir. Velkro bağlayıcı düymələri ilk dəfə 1948-ci ildə isveçrəli elektrik mühəndisi George de Mestral tərəfindən icad edilmişdir. 1955-ci ildə De Mestral velkronun patentini əldə etmiş və 1950-ci illərin sonlarına qədər kommersiya versiyasını inkişaf etdirmişdir.
Velkro | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | İstehsalat |
Təsis tarixi | 1955 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
velcro.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Velkro sözü iki fransız sözünün velours ("məxmər") və Crochet ("qarmaq") sözlərinin birləşməsindən əmələ gəlmişdir.[2]
Velkro bağlayıcı düymələri iki əsas komponentdən meydana gəlir; iki xətti parça lenti (və ya alternativ olaraq, dəyirmi (yuvarlaq) "nöqtələr" və ya kvadratlar) bir-birlərinin əks üzlərinə bağlanaraq yapışırlar. Birinci komponent kiçik qarmaqlardan, ikinci komponent isə kiçik və "tüklü" hissələrdən meydana gəlir. İki komponent təmasda olduğu zaman, qarmaqlar dairələri tuturlar və müvəqqəti olaraq bir əlaqə yaradırlar. Səthlər bir-birlərindən çəkilərək ayrıldıqları zaman, zolaqlar özlərinə məxsus olan bir "cırt" səsi çıxarırlar. Buna görə onlara "cırt-cırt" da deyirlər.
Velkronun ilk nümunələri pambıqdan hazırlanmış olsa da,[3] daha sonradan bunun praktiki cəhətdən sərfəli olmadığı başa düşülərək yerlərini neylon və polyesterlərə buraxmışdırlar.[4]
Standart bağlayıcı düymələr daha sonralar hər iki tərəfində qarmaqlar olan müxtəlif versiyalarda istehsal edilmiş və düymələr, fermuarlar, tokalar və s. kimi əşyalarda istifadə edilmişdirlər.
Velkro termini ümumiyyətlə bütün növ qarmaq və ilgək tipli bağlayıcılar üçün istifadə edilir, lakin Velkro şirkəti öz məhsullarını rəqiblərinin məhsullarından fərqləndirmək üçün istifadə etdiyi ticarət nişanını bir çox ölkələrdə qeydiyyatdan keçirmişdir.[5] Velkro şirkətinin qərargahı ABŞ-nin Nyu-Hempşir ştatının Mançester şəhərində yerləşir.
But not every Velcro application has worked ... A strap-on device for impotent men also flopped.