Velosipedçi

Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir.

Velosiped idmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyirdilər. Bu, doğrudan da belə idi: oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi. Lakin Artamovun velosipedinin taleyi uğurlu olmadı. O, çarın nadir şeylər kolleksiyasına daxil edildi və tezliklə yaddan çıxdı. Daha sonralar 1801-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər meydana çıxdı. Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirdi. 1815-ci ildə alman K.drez sükanlı velosiped, 19-cu əsri

ortalarında isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəltdi. Beləliklə,Artamonovun sxemi yenidən həyata qayıtdı. O vaxt velosipedin təkərləri metaldan düzəldilirdi. Qabaq təkəri bir adam boyunda olurdu. Təkərdəki millərin sayı çox olduğundan, o, hörümçək toruna oxşayırdı. Buna görə ona "hörümçək" deyirdilər. Bu "hörümçək" iyirmi ilə yaxın ömür

sürəndən sonra onu öz quruluşu və gkəminənə görə indiki velosipedlərə oxşayan yemi maşın əvəz etdi.

Hələ 1869-cu ildə Fransada 120 km məsafəyə keçrilmiş ilk yarışlarda velosiped o dövr üçün misli görünməmiş sürətə saatda 11 kilometrəyə nail olmuşdur. O vaxtdan müxtəlif idman yarışlarının iştirakçıları indiki ikitəkərli velosipedləri ilə şosedə (şose yarışları),dərə-təpə yollarda (velokross), xüsusi velosiped sta

dionlarında (velotrekdə) sürətlə şütüyürlər. Onlar həm təkadamlı velosipedlərdə, həm də ikidamlıq velosipedlərdə-tandemlərdə məşq edirlər.

Beynalxalq Yarışlar

[redaktə | mənbəni redaktə et]

1893-cü ildən velosiped idmanı üzrə dünya,Avropa və digər yarışlar keçrilir. Velosiped yarışları ilk Olimpiya Oyunları proqramına daxil olub. İlk Olimpiyadalarda bu idman növü tez-tez dəyişillirdi. Ancaq son vaxtlar velosipedçilərin proqramı dəyişilməz qalıb. Bura-1 km-ə git sprint yürüşü, 4 km məsafəyə fərdi və komanda yürüşü, şosedə-100 km məsafəyə komanda yürüşü və fərdi dairəvi yürüş daxildir.