Venesuelada Vikipediyanın bloklanması

Venesuelada CANTV-nin Vikipediyanı blokaması ilə əlaqədar insidentin inkişafını əks etdirən Netblocksun 12 yanvar 2019-cu il hesabatı[1].

Venesuelada Vikipediyanın bloklanması11 yanvar 2019-cu ildə Venesuelada telekommunikasiya xidmətlərinin əsas provayderi və domen operatoru olan dövlət şirkəti CANTV tərəfindən bütövlükdə Vikipediyaya qoyulmuş senzura. CANTV istifadəçilərini nəzərə aldıqda Vikipediyanın Venesuelada bloklanması 1.5 milyon insanı əhatə edir[2].

Bloklanma vikipediyanın ispan versiyasında Nikolas Maduro, Xuan Quaydo, «Venesuela Prezidenti» və «Venesuela Prezidentlərinin siyahısı»[3] məqalələrində baş vermiş redaktə müharibəsi sonucunda ortaya çıxmışdır. Münaqişənin səbəbi qeydiyyatdan keçmiş istifadəçilərlə yanaşı anonim istifadəçilər tərəfindən 2018-ci ildə Venesuela Prezident seçkilərində Nikolas Maduronun 2019-2025 dövrünə prezident seçilməsi və Venesuela Milli Asambleyasının Xuan Quaydonu prezident elan etməsini paralel olaraq göstərməsindən doğur[4][5].

12 yanvar 2019-da müşahidəçi NetBlocks İnternet resursu Venesuelada Vikipediyanın bütün dil versiyalarını bloklamaq üçün texniki sübutlar topladı. Məhdudiyyətlər ölkənin ən böyük telekommunikasiya provayderi olan CANTV tərəfindən qoyulmuşdur. NetBlocks telekommunikasiya infrastrukturunu təsir edən ciddi bir şəbəkə pozuntusunu ortaya çıxardı və bu əvvəlki 24 saat içərisində Venezuelalıların məlumat əldə edə biləcəyi digər məhdudiyyətlər ilə üst-üstə düşdü. Belə hesab edilir ki, bunun səbəbi "Venesuela Respublikasının 51-ci prezidenti" kimi Xuan Quaydo haqqında Vikipediyaya bir məqalə yazmaq cəhdidir. Toplanan məlumatlar göstərir ki, bir neçə veb saytda senzuraya məruz qalmışdır. Bu o deməkdir ölkədə qeyri siyasi sabitlik internet üzərində nəzarətin artırılmasının əsas səbəbi ola bilər[6].

VE sin Filtro analitik qaynaqlarının bildirdiyinə görə bloklanma 13 yanvar saat 16:50-də dayandırılıb, lakin bu məlumat təsdiqlənməyib[7].

Bəzi KİV birbaşa və ya dolayı olaraq Vikipediya və bloklanmadan söz açmış, münaqişənin bu və ya digər tərəfi dəstəkkləmişdi[8][9][10][11][12][13][14][15][16]

  1. "Венесуэла блокирует Википедию после того, как зрелая «изгнана» из статьи". 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  2. "¿Напуганные? Cantv Vikipediyanı blokladı". 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  3. "İstifadəçilər Aba Kantv-nin Vikiprediyaya girişi blokladlığını bildirir". 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  4. "Vikipediya Venesuela hökuməti tərəfindən bloklanmışdır — və bu səbəbdir". 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  5. "Venesuela Vikipediyanı prezidentlik mübahisələri fonunda blok edir". 2019-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  6. "Wikipedia blocked in Venezuela as internet controls tighten". NetBlocks (ingilis). 2019-01-12. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  7. VE sin Filtro. "Sobre @Wikipedia bloqueada en #CANTV en #Venezuela: Bloqueo irregularmente efectivo, similar a otros bloqueos recientes en #CANTVbloquea #internetVE". 13 de enero de 2019. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 de enero de 2019.
  8. Perfil de Guaidó en Wikipedia lo señala como presidente interino de Venezuela. Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine Publicado el 11 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  9. Cantv habría bloqueado acceso a Wikipedia donde se señaló que Juan Guaidó era “presidente venezolano”. Arxivləşdirilib 2019-02-05 at the Wayback Machine Publicado el 12 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  10. Wikipedia asumió que Juan Guaidó es el presidente interino de Venezuela. Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine Publicado el 11 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  11. Juan Guaidó presidente interino de Venezuela, hasta en Wikipedia. Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine Publicado el 13 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  12. Wikipedia actualiza su página y posiciona a Juan Guaidó como el Presidente número 51 de Venezuela #11Ene. Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine Publicado el 11 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  13. Nota de Juan Guaidó en Wikipedia cambia 37 veces en dos horas y nueve minutos este #11E. Arxivləşdirilib 2019-01-13 at the Wayback Machine Publicado el 11 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  14. ¡Polémica! Sepa por qué Wikipedia declaró presidente a Guaidó. Arxivləşdirilib 2019-01-14 at the Wayback Machine Publicado el 12 de enero de 2019. Consultado el 13 de enero de 2019.
  15. "En Wikipedia designan como presidente interino de Venezuela a opositor de Maduro". 2019-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  16. ""Guerra de ediciones" en Wikipedia por los dos "presidentes" de Venezuela". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.