Veqavis

Veqavis[1][2] (lat. Vegavis iaai) — Qazkimilər dəstəsinə daxil olan nəsli kəsilmiş, cinsinin yeganə nümayəndəsi olan növ. Bu növ Üst təbaşir dövründə, 70,6-66,0 mln il əvvəl Antarktida ərazisində yaşamışdır.

Veqavis
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Veqavis
Beynəlxalq elmi adı
  • Vegavis iaai

Adının etimalogiyası[redaktə | mənbəni redaktə et]

Cinsin adı olan «Veqavis» (Vegavis) sözünün tərkib hissəsi olan «Veqa» kəlməsi Antarktida yaxınlığında yerləşən adanın adından, «avis» sözü isə latıncadan tərcümədə quş deməkdir. «iaai» isə Instituto Antartico Argentino (IAA) cümləsinin baş hərinlərindən götürülmüşdür[3].

Açılışı[redaktə | mənbəni redaktə et]

Aşkarlanan canlının qalıqları hazırda La-Plata muzeyində xaslanılır. Bu nümunə kataloqa MLP 93-I-3-1 sdı ilə daxil edilmişdir. Nümunə 1992-ci ildə Veqa adasının Aqnes burnunda aşkarlanmışdır[1][2][4]. Adanın özü isə Ceyms Ross adasından şimal-qərbfə yerləşir.

Bununla belə bu tapıntı yalnız 2005 ildə yeni növ kimi qeydə almınmışdır. Tapıntı üzərində aparılan araşdırmalardan sonra bu qənayətə gəlinmişdir[3].

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Bədəninin uzunluğu 61 sm, çəkisi isə 2,2 kq olmuşdur. Xarici görünüş baxımından uzunayaq ördəyə bənzəyirdi[3]. Onun kəlləsi aşkarlanmasada böyük ehtimal ki, qazkimilərin dimdiyinə sabil olmuşdur.

Sistemləşmə[redaktə | mənbəni redaktə et]

Veqavis hazırda yayılmış ördəklər fəsiləsinə aid quşlara yaxınlığı ilə seçilir. Ancaq Veqavislər ördəklərin bir başa əcdadı sayılmır[3].

Vegavis iaai növünün aşkarlanması onu göstərirki, günümüzdə yayılmış quşların oxşarları atıq təbaşir dövründən mövcud olmuşdur[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Земля тетануров Arxivləşdirilib 2009-03-25 at the Wayback Machine — журнал «Вокруг света». № 2 (2785) (февраль 2006)
  2. 1 2 Развитие жизни на Земле = The Definitive Visual History of Life on Earth / Алексей Пахневич. — М.: Астрель, Дорлинг Киндерсли, 2010. — 512 с. — ISBN 978-5-17-070942-7.
  3. 1 2 3 4 Julia A. Clarke, Claudia P. Tambussi, Jorge I. Noriega, Gregory M. Erickson, Richard A. Ketcham. "Definitive fossil evidence for the extant avian radiation in the Cretaceous". Nature. 433. 2005: 305–308. doi:10.1038/nature03150. PMID 15662422.
  4. Césari, S., Marenssi, S. & Santillana, S. "Conifers from the Upper Cretaceous of Cape Lamb, Vega Island, Antarctica". Cretaceous Research. 22 (3). 2001: 309–319. doi:10.1006/cres.2001.0260.
  5. "BBC News — Cretaceous duck ruffles feathers. 20 January, 2005". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.

Mənbə[redaktə | mənbəni redaktə et]