Vera Rentsi (rum. Vera Renczi; 1903—1960) — 1920-ci illərdə iki əri, sevgililəri və oğlu da daxil olmaqla 35 nəfəri arsen ilə zəhərlədiyini etiraf edən ruminiyalı seriyalı qatil.[2][3][4][5]
Vera Rentsi | |
---|---|
rum. Vera Renczi | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 1960 |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | ev işçisi[d], seriyalı qatil |
1903-cü ildə varlı bir ailədə Vera adlı qız dünyaya gəlir. Vera çox gözəl idi. 15 yaşından etibarən özündən yaşca böyük kişilərlə münasibət qurmağa başlayır. Onun ilk həyat yoldaşı varlı biznesmen olur və Lorenso adlı oğlu dünyaya gəlir.
Rensi ərinin ona xəyanət etdiyini öyrənir və arsenlə onu zəhərləyir. Onun ikinci əri də bir neçə aydan sonra itir. Vera uğursuz nikahlara son verməyi qərara alır.
Onun həyatına daxil olan gənc kişilər itirdilər. Lakin gec-tez cinayətlərin üstü açılır.
Veranın evində baş tutan axtarışdan sonra polis cinayət məkanının şərab anbarı olduğunu aşkarlayır. Burada səliqə ilə düzülən insan cəsədləri... Vera oğlu Lorenso hər şeyi öyrəndikdən sonra onu da həmin üsulla qətlə yetirir.
O, törətdiyi bütün cinayətləri boynuna alır. Veraya ömürlük həbs cəzası verirlər. Elə burada da o, 1960-cı ildə vəfat edir.