Veri Əliabadı — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Veri Əliabadı | |
---|---|
Ölkə |
Əhalisi 812 nəfərdir.[2]
Oykonimlər "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır.[3]
29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Veri kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi Veri Əliabadı kəndi adlandırılmışdır.[4]
Kənddə tam orta məktəb yerləşir. Məktəbin ilk binası 1990-ci ildə tikilmişdir. 2017-ci ildə həmin məktəb sökülərək yerinə yeni modul tipli məktəb tikilmişdir.[mənbə göstərin]