Verilənlərin müstəqilliyi

Verilənlərin müstəqilliyi (en. Data independence), (ru. независимость данных), (tr. veri bağımsızlığı) – verilənlər bazasında: verilənlərin onları emal edən proqramlardan ayrılması. Verilənlərdən istifadə edən proqramlar verilənlər bazasının strukturu və təşkili haqqında heç nə (və ya praktiki olaraq heç nə) "bilmirlər". Buna görə də verilənlərin müstəqilliyi, saxlanılan informasiyanı mümkün qədər daha erişilən edir. Verilənlərin müstəqilliyinin üç növünü fərqləndirirlər: fiziki, məntiqi və distributiv.

  • Fiziki müstəqillik o deməkdir ki, verilənlər bazasının topologiyasını və informasiyaya erişmə üsullarını dəyişmək olar (məsələn, sütun artırmaq və ya uzaqlaşdırmaq, yaxud çeşidləmə ardıcıllığını dəyişmək), ancaq bu, verilənlər bazasının əvvəlki tətbiqi proqramlar tərəfindən istifadəsinə xələl gətirməyəcək.
  • Məntiqi müstəqillik o deməkdir ki, verilənlər bazasının strukturunu yenidən qurmaq olar (məsələn, iki verilənlər yığınını birləşdirmək), ancaq informasiya toxunulmaz qaldığı müddətdə verilənlər bazasının strukturundakı dəyişiklikləri tətbiqi proqramlar görməyəcək.
  • Distributiv müstəqillik o deməkdir ki, verilənlər bazasının və ya onun bir hissəsinin yerləşmə yeri (məsələn, şəbəkənin bir və ya bir neçə serverində olması) onunla işləyən proqrama əhəmiyyətli təsir etməyəcək.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]