Gianni Versace S.p.A. — dəbdəbəli geyim və digər zinət əşyaları istehsal edən italyan şirkəti. Əsası 1978–ci ildə Canni Versaçe tərəfindən qoyulmuşdur.
Versace | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | dəbli məhsullar istehsalı |
Sənaye | dəb |
Məhsulu | dizayner geyimi[d] |
Təsis tarixi | 1987 |
Baş qərargahın yeri | İtaliya, Milan |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 410 mln € (2012) |
Struktur | |
İşçi sayı | 523 |
Rəhbərlik | |
Təsisçi | Canni Versaçe |
www.versace.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət ilk illər parça və paltarların satışı ilə məşğul olmuşdur. 1997–ci ildə Canni Versaçenin öldürülməsindən sonra isə onun bacısı Donatello Versaçe vitse-prezident elan olunmuş və dizayn üzrə direktor təyin edilmişdir. Böyük qardaş Santo Versaçe moda evinin direktoru vəzifəsində çalışırdı. Hazırda Donatello şirkətin daha böyük hissəsini və aktiv çalışan sahəsini idarə edir. Onun qızı Alleqra isə Versaçe brendinin yeganə vəliəhdidir, eyni zamanda kompaniyanın aktiv fəaliyyətində daima yaxından iştirak edir.
1978–ci ildə Milan şəhərinin Via della Spiqa adlanan küçəsində açılmışdır və həmin andan etibarən məşhurlaşmağa başlamışdır. Versaçe bu gün dünyanın aparıcı moda evlərindən biridir, hansı ki, bazarın çox hissəsini əhatə edir, eyni zamanda müxtəlif brendlər adı altında yəni Versace Group adlanaraq paltar, aksessuarlar, parfüm, kosmetika və ev mebellərini satışı ilə məşğul olur. Bazarda ən çox qazanan brendlərdəndir və hazırladığı məhsulların hər biri bir nömrə sayılır.
Versaçe stilini hazırlayan kompaniyanın departamentlərində dizaynerlər və stilistlər komanda halında çalışırlar. Onlara Donatello Versaçe rəhbərlik edir, həmçinin hər bir xətt üzrə və məhsul üzrə əvvəlcədən məlum olan komandalar işləyirlər.
Versaçe qrupuna daxil edən bir sıra məhsullar vardır; Gianni Versace Couture, Versus, Versace Jeans Couture, Versace Ceramic Designs, Versace Collection ( hansı ki, Versace Classic – i 2005 – ci ildə əvəz etmişdir), Versace Sport. Paltarların buraxılmasından əlavə aksesuarlar da hazırlayırlar, eyni zamanda bu qrup Palazzo Versace adı altında fəaliyyət göstərən otelin də sahibidir.
Moda evinin əsas iş sistemi Gianni Versace Couture hesab olunur. Burada paltarların təqdimatı olur, suvenir əşyaları, saatlar, parfüm, kosmetika və interyerə aid edilən yüksək səviyyəli standartlara cavab verən məhsullar satılır. Hətta əl əməyindən yararlanaraq hazırlanan predmetlərə də rast gəlmək mümkündür. Ənənəvi yüksək səviyyəli moda Milanda bu xətt üzrə inkişaf edir, yalnız qeyd edək ki, son illərdə bu adət pozulmuşdur. Müəlliflər tərəfindən hazırlanan paltarlar $10,000, kostumlar $5,000 məbləğində satışa çıxarılır. Donatello Versaçe Gianni Versace Couture özü idarə edir və müxtəlif formalı paltarlar, aksessuarlar düşünür. Aksessuarların çox hissəsini və interyer üçün nəzərdə tutulmuş predmetləri Rosenthal kompaniyası lisenziyalaşdırır. Atelier Versace adı altında fəaliyyət göstərən bölmə isə sonradan fəaliyyətini dayandırmış və bazardan çıxmışdır.
Versace Collection, Versace Jeans Couture və Versus xüsusi motivlərlə müəyyən xətt üzrə lisenziyalaşdırılır. Paltarların hər biri Gianni Versace xarakterinə malikdir, əsas tendesiyası isə mövsümülük xarakteri daşımasıdır. Bu növdə olan paltarlar başqa kompaniyalar tərəfindən ixrac edilir, hansı ki, durmadan Versace Group – la çalışırlar. Versace Collection özündə daha gənc auditoriyanı birləşdirir. Bütün bu dəyişikliklər Versace Classic 2005 – ci ilin yaz və yay aylarında mövsümülük xarakteri daşımağı ilə nəticələndi və Versaçenin əsas obrazını təşkil edərək, müxtəlif paltarların hazırlanmasına, ixracına səbəb oldu. 2005–ci ildə bu səbəblə Versace Intensive və Versace Young kolleksiyaları dayandırıldı.
Versace Jeans Couture qeyri rəsmi paltarların hazırlanmasında əhəmiyyətlidir, burada yüksək standartlara cavab verən cinslər və klassik köynəklər tikilir. Bunların üzərində isə Gianni Versace – nin rəsmi həkk olunur, bu da brendin əsasını təşkil edir. Belə paltarları 56 butik və mağazalarda görmək mümkündür, eyni zamanda 1800 brendlərin satışı olan mərkəzlərdə və internet mağazalarda da rast gəlmək olar. Versace Sport – aktiv həyat üçün nəzərdə tutulmuş paltar və aksessuarlardan ibarətdir. Markanın adı futbolkalarda da həkk olunur. Versace Precious Items brendi Gianni Versace – nin idarəçiliyi altındadır, saatların buraxılmasına iştirak edir, eyni zamanda suvenir əşyalar və yazı ləvazimatları da düzəldirlər. Hazırlanmış suvenirlər və saatlar İsveçrədə yığılır, yazı üçün dəftərxana ləvazimatları isə Fransada düzəldilir. Versaçenin pərəstişkarları sırasında tanınmış şəxslər də vardır. Uzun illər Elton Con Versaçe markasının əşyalarını, brilliantdan bəzək əşyalarını yaxud Swarovskidən düzəldilmiş aksessuarlarını taxırdı. Versaçe markasının digər fanatları siyahısına Maykl Cekson və Elizabet Kyorli, rep deyən Tupak Şakur da daxildir. Reper "Hit 'Em Up" adlı repində Versaçenin adını çəkmişdir, bununla da Notorious B.I.G aka Biggie Smalls adlı reperə cavab göndərmişdir. Çünki həmin reper daima Versaçedən olan günəş eynəklərindən istifadə edirmiş.
İtaliyanın digər moda evlərindən fərqli olaraq Versaçenin özünəməxsus üslubu vardır. Hətta xüsusi üzlərdən geniş şəkildə yararlanırlar. Bəzən kompaniya insanları cəlb etmək üçün ulduzlardan çəkilişlərdə istifadə edir və geniş reklam işləri ilə məşğul olurlar. Bütün moda evlərindən fərqli olaraq Versaçenin hazırladığı reklamlar hamıdan bir addım öndə gəlir. Ulduzlardan istifadə edərkən onlara maddi məbləğ ödənilir, hətta təşəkkür kimi Versaçedən paltarlar da verilir. Buna misal olaraq 2005 – ci ildə Madonna 10,5 dollara işlədi və 2 il müddətinə Versaçedən pulsuz paltar almaq haqqını əldə etdi. Madonna 1995 və 2005–ci illərdə bu kompaniya ilə birlikdə çalışmışdır, Demir Mur, Britni Spirs və Kristina Agilyera kimi məşhurlar da həmin qrupa daxildir. 2006–cı ilin yaz və yay mövsümü üçün nəzərdə tutulmuş çəkilişlərdə Versaçeni Holli Berri təmsil edirdi.
2006–2007–ci illərdə təşkil olumuş qış və payız mövsümünə aid edilən reklamlarda Kerolayn Mörfi, Endjela Lindvell, Darya Verbovı, Kristi Terlinqton və Keyt Moss da iştirak etmişdir.