Vey çayı müqaviləsi — Şərqi Göytürk xaqanlığı ilə Tan sülaləsi arasında imzalanan sülh müqaviləsidir. Müqavilə Tan hökmdarının Şərqi Göytürklərə ödəmək məcburiyyətində qaldığı yüksək miqdarda təzminata görə Çin qaynaqlarında “Vey çayı utancı” adı ilə anılmaqdadır.[1] Müqavilənin nəticəsində türk xaqanı İllig xaqan qazanclı olaraq görülsə də, Şərqi Göytürklərə sığınan Sui sülaləsi üzvlərinin geri verilməsini ehtiva edən bu müqavilə göytürklərin Tana qarşı siyasi üstünlüyünü bitirmişdir.
Vey çayı müqaviləsi | |
---|---|
Müqavilənin tipi | sülh müqaviləsi |
İmzalanma tarixi | 25 sentyabr 626 |
İmzalanma yeri | Vey çayı |
İmzalayanlar | Şərqi Göytürk xaqanlığı, Tan sülaləsi |
626-cı ilin avqust ayında türk xaqanı İllig xaqan və qardaşı oğlu Tölis Çinə qəfil hücum etdi.[2] Bu hücum digər basqınlardan fərqli olaraq, Tan sülaləsinin paytaxtı Çanqanı ələ keçirmək üçün edilirdi.[3] Hazırlıqsız yaxalanan Tan hökmdarı Li Şimin ordusu ilə türk ordusunun qarşısına çıxmaqdansa, yanına aldığı 8 atlı ilə birlikdə Çanqana yaxınlaşan türk hökmarı İllig xaqanın qərərgahını ziyarətə qərar verdi. İllig xaqan Çin hökmdarını Bian körpüsündə qarşıladı və ki hökmdar arasındakı müzakirələr burada başladı. Tan sülaləsi göytürklərə böyük miqdarda qızıl və gümüş verməyi, bundan əlavə Çinşahzadələrindən birini İllig ilə evləndirməyi qəbul etdi. Təzminat ödənildikdən sonra türk ordusu geri çəkildi.
İllig xaqanın paytaxt Çanqana hücum etmədən geri çəkilməsi Şərqi Göytürk dövləti daxilindəki narazılığı artırdı. Bu vəziyyət dövlətin getdikcə zəifləməsinə təsir göstərdi. 630-cu ildə İllig xaqanın Li Şiminin şərq səfəri nəticəsində öldürülməsiylə Şərqi Göytürk xaqanlığı süqut etdi. Və bu da digər müqavilələr kimi Sərqi Göytürk xaqanlığının xeyrinə işləmədi. Şərqi Göytürk xaqanlığı süqut etdikdən sonra yerləşdiyi coğrafiyasında bir çox kiçik dövlət və yaxud dövlət qurumları yaranmağa başladı. Buna baxmayaraq xaqanlığın ərazisi artıq İllig xaqanın əmrində idi.[4]
Müqavilə Çin tərəfindən alçaldıcı olaraq qiymətləndirilsə də, dövrün şərtləri baxımından türklərin Tan üzərindəki təzyiqini ortadan qaldırdığı üçün uğurlu müqavilə və razılaşma olaraq qəbul edilir.