Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vicdanı oyadan, Cadugərin qızı və ya Kahinin qızı (dan. Skammerens datter) — Rejissor Kennet Keynz tərəfindən 2015-ci ildə çəkilmiş Danimarka döyüş-fentezi filmidir. Film Lene Keberbolun eyniadlı kitabına əsaslanaraq çəkilmişdir.
Vicdanı oyadan | |
---|---|
dan. Skammerens datter | |
Janr | macəra filmi, roman ekranlaşdırması[d], döyüş filmi[3], fentezi filmi[d][3] |
Rejissor | Kennet Keynz |
Prodüser |
|
Ssenari müəllifləri |
Anders Tomas Yensen Lina Koberbel |
Baş rollarda | |
Bəstəkar | |
İstehsalçılar |
Nepen the film Sirena film Storm films Nordisk film distribution |
İlk baxış tarixi | 26 mart 2015[5] |
Müddət | 96 dəq. |
Büdcə | ~ 50 milyon DKK[1][2] |
Ölkələr | |
Dil | Danimarka dili |
Rəng | rəngli |
IMDb | ID3022458 |
Dina adlı balaca qıza irsi olaraq anasından qeyri-adi qabiliyyət keçmişdir. O insanların ürəyinə baxaraq, onları etdikləri pis əməllərə görə xəcalət çəkməyə məcbur edə bilir. Taxtın yeganə varisi olan Nikodim imperator ailəsinin qətlində ittiham olunandan sonra Dinanın anasını aldadaraq qalaya gətirirlər. Onlar qadından öz gücündən istifadə edərək, ittiham olunan şəxsi cinayəti boynuna götürməyə məcbur etmək istəyirlər. Lakin qadın öz imkanlarını pisliyə doğru yönətmək istəmədiyi üçün bu təkliflə razılaşmır və həbs olunur. Dina isə həqiqəti aşkara çıxarmaq üçün öz həyatını belə risk altına alır. Qızı və ailəsini olduqca maraqlı macəralar, ədalətli məqsəd – qanuni varisi taxta geri qaytarmaq gözləyir.
Saqanın ikinci hissəsi olan Vicdanı oyadan 2: İlanın hədiyyəsi (dan. Skammerens Datter II: Slangens Gave) filminin çəkilişləri 2018-ci ilin axırlarında başa çatdırılmış və filmin premyerası 24 yanvar 2019-cu ildə baş tutmuşdur.[6]