Vidadi Məmmədov (millət vəkili)

Vidadi Yunis oğlu Məmmədov (1 iyul 1947, Şəmkir rayonu,Qapanlı kəndi) — texnika elmləri namizədi, professor. Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Kutaisi Dövlət Texniki Universitetinin fəxri doktorudur.

Vidadi Məmmədov
Doğum tarixi (77 yaş)

1969 cu ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 60-dan çox elmi əsərin və dərs vəsaitinin müəllifidir.1969-cu ildən Qazanbulaq teatr avadanlığı zavodunda şöbə rəisi, 1970-ci ildən Gəncədə Baza İnşaat Texnikumunun müəllimi, axşam şöbəsinin müdiri işləmişdir. 1980-ci ildən Azərbaycan Texnologiya İnstitutunda assistent, baş müəllim, dosent, hazırlıq şöbəsinin müdiri, mexanika fakültəsinin dekanı, prorektor, rektor, kafedra müdiri, 2000-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası sədrinin müavini vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə «Azərpoçt» Dövlət Müəssisəsinin Gəncə poçtamtı filialının rəisi olmuşdur. 2005 ci ildə Azərbaycan Respublikası Milli Məclisinə Gəncə şəhəri 39 saylı seçki dairəsi üzrə deputat seçilmişdir.