Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti.
Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1990–1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir.
"Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014). 3 kitabın, yerli və xarici mətbuatda dərc edilmiş 80-dan çox elmi məqalənin, 7 tədris proqramının müəllifi, 20-dən çox kitabın tərtibçisi, tərcüməçisi və ya redaktorudur. Onlarla beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi, teatr festivallarının iştirakçısı, münsiflər heyətinin üzvü olub.
2010–2020-ci illər ərzində Respublika Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışıb. 1999-cu ildə "Azərbaycan sənətşünaslığının inkişaf konsepsiyası"nın, 2008-ci ildə "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanı və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın, 2014-cü ildə "2015–2020-ci illər üçün Prioritet Elmi İstiqamətlər"in, 2016-cı ildə "Azərbaycan Elminin İnkişaf Doktrinası"nın İnstitut üzrə layihəsini hazırlayan işçi qruplarında fəaliyyət göstərib.
AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-cı il üçün elan etdiyi əsas qrant müsabiqəsində qalib gəlmiş "Azərbaycanın ənənəvi musiqisi (elektron baza)" layihəsinin icracısı və məsul redaktoru olub, AMEA-nın Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli, 7/3 №-li qərarı ilə təsdiq etdiyi "İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik" adlı elmi-tədqiqat proqramında iştirak edib.
1985-ci ildən dövri mətbuatda çap olunur. 1995–2008-ci illər ərzində elmi fəaliyyətlə yanaşı "Press Fakt", "Şəkərvillası", "Planet", "Gün səhər" qəzetlərində məsul katib, redaktor işləyib. 2011–2017-ci illərdə "Kaspi" qəzetinin həftəlik "Teatr" əlavəsinin redaktoru olub. Teatrın tarixi, nəzəriyyəsi və sosiologiyasına, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair çox sayda resenziya, portret, publisistik, elmi-kütləvi məqalənin müəllifidir.
"Azərbaycan teatrı-dünən, bu gün, sabah" elektron bazasının işçi qurupunun üzvü, Azərbaycan Teatr Xadimləri İttifaqının və Xalq yazıçısı Elçinin veb saytlarının yaradıcı qrupunun məsul redaktoru kimi, bu elektron resursların yaradılmasında iştirak edib.
2018-ci ilin aprel ayından fəaliyyətə başlayan teatro.az sənət portalının həmtəsisçisi (teatrşünas Elçin Cəfərovla birlikdə) və baş redaktorudur.
1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçıləri Assosiasiyasının üzvüdür.
- 1. Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı və Diplomu;
- 2. AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri Fərmanı
Kitabları
- 1. Azərbaycan teatrının janr poetikası. Monoqrafiya. Bakı, Qanun nəşriyyatı, 2012. 160 səh.
- 2. İlyas Əfəndiyev – 100. Kitab-albom. Bakı, Musiqi dünyası, 2014. 54 səh.
- 3. İslam İbrahimov - Həyat və sənət həqiqətləri. Bakı, Qanun nəşriyyatı, 2022. 88 səh.
Tədris-metodiki vəsaitləri
- 3. Klassisizm dövrü teatr tarixi. Tədris Proqramı. Bakı, 2018. 18 səh.
- 4. Postsovet ölkələrinin teatrı. Tədris Proqramı. Bakı, 2018. 12 səh.
- 5. Şekspir teatrı-Brext teatrı. Tədris Proqramı. Bakı, 2018. 22 səh. Həmmüəllif.
- 6. Teatr idarəçiliyi və iqtisadiyyatı. Tədris Proqramı. Bakı. 2018. 12 səh. Həmmüəllif.
- 7. Təcrübə. Tədris Proqramı. Bakı, 2018. 12 səh. Həmmüəllif.
- 8. Teatrda janr və üslub məsələləri. Tədris Proqramı. Bakl, 2019. 12 səh.
- 9. XXI əsr Azərbaycan teatrı. Tədris Proqramı. Bakı, 2020. 18 səh.
Tərtib, redaktə və tərcümə etdiyi kitablar
- 1. Hüquqlara aparan yol (orta pillə şagirdlər üçün dərs vəsaiti). Norveç Qaçqınlar Şurası. Bakı, 2004, 92 səh. Tərcümə və uyğunlaşdırma.
- 2. Hüquqlara aparan yol (müəllimlər üçün metodik vəsait). Bakı, 2004, 96 səh. Redaktor.
- 3. Kiçiklaşlı məktəblilərə insan hüquqlarının öyrədilməsi (müəllimlər üçün dərs vəsaiti). Bakı, 2004, 54 səh. Redaktor.
- 4. İnsan hüquqları üzrə fəal dərs nümunələri (müəllimlər üçün dərs vəsaiti). Bakı, Çaşıoğlu, 2006, 56 səh. Tərcüməçi.
- 5. QİÇS təhlükəsi və Gender. Gənclər üçün. Bakı, 2006, 22 səh. Redaktor.
- 6. Əliqismət Lalayev. Azərbaycan-Orta Asiya teatr əlaqələri. Bakı, "Nağıl evi", 2009, 196 səh. Elmi redaktor.
- 7. İlham Axundov. Bağbansayağı. Bakı, "Şərq-Qərb" 2009, 48 səh. Redaktor.
- 8. Ərtegin Salamzadə. "Tofiq Rəsulov. Şəbəkə". İstanbul, 2009, 48 səh. Tərcüməçi.
- 9. Memarlıq və İncəsənət üzrə Problem Şurası.Bülleten (2010–2013-cü illər).Bakı, Təknur, 2014, 40 səh. Tərtib edən.
- 10. Azərbaycan ənənəvi musiqisi. Kitab-albom. Bakı, Elmin İnkişafı Fondu, 2015, 86 səh. Elmi redaktor.
- 11. Əlisəfdər Hüseynov. Kinomuzda Anar fenomeni. Bakı, Elm və Təhsil, 2015, Elmi redaktor.
- 12. Aydın Dadaşov. Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr. Bakı, 2015, Elmi redaktor.
- 13. Aydın Dadaşov. Dünya kinosu örnəklər kontekstində. Bakı, Şərq-Qərb, 2016. 688 s. Elmi redaktor.
- 14. Агаева Нармина. Диалог театральных культур Кавказа. Баку, Университет Хазар, 2016, 153 с. Elmi redaktor.
- 15. "Şəhər və Teatr". Respublika Elmi Konfransının materialları. Bakı, 2016, 124 səh. Elmi redaktor.
- 16. Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şura. Bülleten (2010–2017-ci illər). Bakı, Təknur, 2018. 105 s. Tərtib edən.
- 17. "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda Respublika elmi-praktiki konfransının materialları (Bakı, 28 mart 2019-cu il). Bakı, "Səda", 2019, 216 səh. Elmi redaktor.
- 18. Əlisəfdər Hüseynov. Kinonun fəlsəfəsi. Bakı, Qanun nəşriyyatı, 2019, 144 səh. Elmi redaktor.
- 19. Əlisəfdər Hüseynov. Sevgimizdən usanmayaq. Bakı, 2020, 204 səh. Elmi redaktor.
- 20. Əlisəfdər Hüseynov. Vaqif Mustafayev: baxın…gülün…və düşünün. Bakı, 2021, Elmi redaktor.
- 21. Barabaş N.A. Müasir rus teatrı: XX əsrin sonu-XXI əsrin əvvəlləri. Dərs vəsaiti. Tərcümə edən: Rəsmiyyə Mustafayeva. Bakı, ADMİU, 2019, 128 səh. Elmi redaktor.
Elmi məqalələri (ixtisarla)
- 1. Yazılmamış nekroloq. Qobustan incəsənət toplusu, 1986, № 1 (69), səh. 93–95.
- 2. "Dağılan tifaq" faciəsi və Azərbaycan dramaturgiyasında ilk faciələr haqqında bəzi mülahizələr. İncəsənət və mədəniyyət problemləri. Bakı, 1995, səh. 35.
- 3. İslam İbrahimovun tənqidi görüşləri. İncəsənət və mədəniyyət problemləri. Bakı, 1996. səh. 56.
- 4. Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi (komplementar komplimentlər). Azərbaycan sənətşünaslığının öncül istiqamətləri. Bakı, 1998, səh. 78–80.
- 5. Azərbaycan teatrının janr başlanğıcı. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. IX konfransın materialları. Bakı, Elm, 1998. səh. 43–44.
- 6. Müasir Azərbaycan teatrının janr xüsusiyyətlərinə dair. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. X Respublika elmi konfransının materialları. Bakı, Çaşıoğlu, 1999. səh. 151–152.
- 7. Azərbaycan teatrının janr xüsusiyyətlərinə dair. Azərbaycan Elmlər Akademiyası-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. Bakı, Elm, 2000, № 3–4, səh. 163–167.
- 8. Açın pərdələri… Yaxud, milli teatrımıza dair bəzi para mətləblər. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Çaşıoğlu, 2001, səh. 140–144.
- 9. Azərbaycan teatrının genezisinə dair. Azərbaycan Milli Elmlər Akademi-yasının Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, Elm, 2005, № 1, səh. 150–159.
- 10. Azərbaycan xalq-meydan teatrının janr xüsusiyyətləri. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. XVI buraxılış. Bakı, Səda, 2006. səh. 155–161.
- 11. Azərbaycan xalq-meydan teatrının qrotesk obrazlığı. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2007, № 1 (19). səh. 92–97.
- 12. M.F.Axundovun "Mürafiə vəkillərinin hekayəti" pyesinin məkan və janr təyinatına dair. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2008, № 3–4 (25–26), səh. 290–293.
- 13. Жанровая картина Азербайджанского театра в начале XX века. Актуальные проблемы гумантарных и естественных наук. Москва, 2009, № 5, səh. 294–296.
- 14. N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərinin janr təyinatına dair. Ənənə və bədii forma. Bakı, Çaşıoğlu, 2003, səh. 138–142.
- 15. Ə.Haqverdiyevin "Pəri Cadu" pyesi Azərbaycan teatr tarixində ilk melodram kimi. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2009, № 3 (29), səh. 206–209.
- 16. Tamaşaçı problemi cəmiyyətin informasiya mədəniyyətinin göstəricisi kimi. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2009, № 4 (30). Səh.191–195
- 17. Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi. "Fəlsəfə və sənətşünaslıq: Fənlərarası qarşılıqlı təsirin metodologiyası", Bakı, Təknur, 2010, səh. 96–97.
- 18. Yanmış budaq üstə oxuyan bülbül. Tənqid.net, Bakı, Qanun, 2010, № 1 (7), səh. 370–371.
- 19. К проблеме генезиса азербайджанского театра. Известия Национальной Академии Наук Республики Казахыстан. Серия естественных наук. Алматы. НАНРК. июль-август 2010 № 4 (277), səh. 60–62.
- 20. К проблеме генезиса азербайджанского театра. Простор. Алматы: 2010, № 10, səh. 83–185.
- 21. İnqilab Kərimovun estetik görüşləri. İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2011, № 1 (35), səh. 179–183.
- 22. Dördüncü ölçünün rəngləri və ya Tofiq Kazımov teatrına göy qurşağından baxış. "Tənqid.net" jurnalı, 2011, № 9, səh. 202–207.
- 23. M.F.Axundzadə fenomeni və Azərbaycan teatrı. "Azərbaycan" jurnalı, 2012, № 9, səh.159–163.
- 24. Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində". İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2012, № 3 (41), səh. 44–49.
- 25. M.F.Axundzadə dramaturgiyası və "Mürafiə vəkillərinin hekayəti" pyesinin məkan və janr təyininə dair. AMEA-nın Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, Elm, 2012, Xüsusi buraxılış, səh. 124–131.
- 26. Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər. İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2013, № 4 (46), səh. 159–163.
- 27. Cəfər Cəfərov. "Qobustan" sənət toplusu, Bakı: 2014, № 3, səh. 8–9.
- 28. Azərbaycan Teatrının müasir mənzərəsi — dünya teatrına inteqrasiyanın göstəricisi kimi. III Bakı Beynəlxalq Teatr Konfransının materialları. Bakı, AR Mədəniyyət və Turizm Nazirliyi, 2014, səh. 28–29.
- 29."Qara qızıl" səltənəti və Azərbaycan teatr sənəti. "Musiqi dünyası" jurnalı, Bakı, 2015, № 2 (63), səh. 59–62.
- 30."Mən, sən, o və Anar", Ə.Hüseynov. Kinomuzda Anar fenomeni. "Elm və təhsil", Bakı: 2015, səh. 3–4
- 31.Neft səltənəti və Azərbaycan teatr sənəti. AMEA-nın Xəbərləri (Humanitar Elmlər Seriyası), Bakı, 2016, № 1, səh. 278–282.
- 32.Urbanizasiya və teatr. 4 mart 2016-cı ildə keçirilmiş "Şəhər və Teatr" mövzusunda Respublika elmi-praktiki konfransının materialları, Bakı, 2016. səh. 120–122.
- 33.Azərbaycan xalq meydan teatrının poetikasına dair. 15 iyul 2016-cı ildə keçirilmiş "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" Beynəlxalq Elmi Konfransın materialları, Bakı, "Elm və təhsil", 2016. səh. 315–323.
- 34.Müstəqillik dövründə Azərbaycan teatr sosiologiyasının inkişaf dinamikası. "Müstəqillik dövründə Azərbaycan və MDB ölkələrinin incəsənəti" mövzusunda 10 oktyabr 2016-cı ildə keçirilmiş beynəlxalq elmi konfransın materialları. İncəsənət və mədəniyyət problemləri. Bakı, 2016, № 3 (57). səh. 30–33.
- 35.Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlərin aynasında. 7–8 noyabr 2016-cı ildə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransının materialları, Bakı, 2016, səh. 36–37.
- 36.Azərbaycan mədəniyyətində Bülbül fenomeni. İncəsənət və mədəniyyət problemləri. Bakı, 2017, № 2 (60) səh. 21–25.
- 37.Театр. Азербайджанцы. М.: Наука, 2017, −708 с., səh. 590–599.
- 38.Актерское искусство до и после постдраматического театра. Материалы Международной научно-практической конференçии "Современное состояние и перспективы развития актерского и режиссерского искусства центрально-азиатского региона", Алматы, 2017. 188 с. 86–95.
- 39.Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. VII Beynəlxalq Elmi-praktiki konfransın materialları. Bakə, 2018. Səh. 45–49.
- 40. Musiqi dünyasının Tariyel Məmmədovu. "Musiqi dünyası" Beynəlxalq elmi jurnalı. Bakı, 2019, № 1 (78) s. 88–89.
- 41.Azərbaycan teatrının milli kimlik problemi. AMEA Folklor İnstitutunun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə 30 iyun 2018-ci il tarixində İsmayıllı rayonunun Lahıc qəsəbəsində keçirdiyi "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq elmi konfransının materialları. Bakı, "Elm və təhsil" 2019, 492 səh. səh. 218–223.
- 42. Творческое наследие А. Г. Ридаля и К. Ф. Степанова-Колосова как общее достояние российского и азербайджанского театра [Электронный ресурс] / В. Р. Гафаров // Наследие веков. – 2019. – № 1. – С. 33–37. URL: http:// heritage-magazine.com/wp-content/uploads/2019/03/2019_1_Gafarov.pdf (дата обращения дд. мм. гг). İmpakt faktor seriyasına daxil olan nəşr.
- 43.Azərbaycan teatrının milli kimlik problemi (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri). Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik (I kitab). səh. 179–239. Bakı, Elm və təhsil, 2019, 304 səh.
- 44.Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni. "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda Respublika elmi-praktiki konfransının materialları (Bakı, 28 mart 2019-cu il). Bakı, "Səda", 2019, 216 səh., səh. 3–10.
- 45.Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü. "İncəsənət və Mədəniyyət problemləri" beynəlxalq elmi jurnal, Bakı, 2020, № 1, səh. 31–37.
- 46. Azərbaycan teatrının milli kimlik problemi (XX əsr – XXI əsrin əvvəlləri). Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik (II kitab). səh. 221–263. Bakı, Elm və təhsil, 2020, 284 səh.
- 47.Азербайджанский театр: исторический пут. "Theatre studies of central and eastern europe" (Mərkəzi və Şərqi Avropa teatr tədqiqatları) jurnalı. Varşava, 2020, № 1, s. 171–188.
- 48.Фактор зрителя в виртуальном театре. 11 may 2020-ci il tarixində Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə keçirilən "Onlayn teatr" Beynəlxalq virtual elmi konfransının materialları. Bakı-Almatı-Tbilisi, 2020, s. 46–48.
- 49. Nizami Gəncəvi irsi və Azərbaycan teatr sənəti. "İncəsənət və Mədəniyyət problemləri" beynəlxalq elmi jurnal, Bakı, 2021, № 2 (76), səh. 68–74.
Qəzet məqalələri (ixtisarla)
- 1. Daha dolğun ola bilərdi. "Ədəbiyyat və incəsənət" qəzeti, 25 sentyabr 1987, № 39 (2278).
- 2. Sənətə addım. "Azərbaycan gəncləri" qəzeti, 31 oktyabr 1987, № 130 (10640).
- 3. Tələbə teatrının qayğıları. "Bakı" qəzeti, 6 mart 1989, № 54 (9530).
- 4. Müqəddəslik havası. "Bakı" qəzeti, 11 mart 1989, № 58 (9534).
- 5. Müfəttişə ehtiyac var. "Ədəbiyyat və incəsənət" qəzeti, 28 aprel 1989, № 17 (2360).
- 6. Bekket gənclər səhnəsində. "Azərbaycan gəncləri" qəzeti, 27 fevral 1990, № 22 (10926).
- 7. Mən, sən, o və avtobus. "Leninçi" qəzeti, 19 iyun 1990, № 66 (6894).
- 8. Həmişəyaşarlıq. "Qala" qəzeti, 6 avqust 1991, № 28.
- 9. Bir+bir+bir=bir. "Elm" qəzeti, 15 may 1993-cü il.
- 10. Festival bayramdı… elə öyrənmək də. "Press Fakt" qəzeti, 19–25 yanvar 1996, № 3 (62).
- 11. Teatr qayğını hiss etməlidir. "Press Fakt" qəzeti, 19–20 mart, 1997, № 10 1999).
- 12. Azərbaycan-Türkiyə dostluğuna yeni töhfə. "Azərbaycan" qəzeti, 13 mart 2001.
- 13. Nizami Gəncəvi incəsənət haqqında". "Elm" qəzeti, 25 fevral 2004.
- 14. "Qodo həsrətində". "Sənət qəzeti", 01–15 aprel 2004.
- 15. Yorulmaz tədqiqatçı. "Elm" qəzeti, 31 yanvar 2005.
- 16. Sənət ənənələrinə ehtiramla. "Ədəbiyyat" qəzeti, 10 iyun 2011, № 21 (3772).
- 17. O, getdi… "Kaspi" qəzeti, 18–20 iyun 2011, № 108 (2518).
- 18. Teatr-tamaşaçı-teatr. "Kaspi" qəzeti, 27–29 avqust 2011, № 142 (2552).
- 19. "Qəbirstanlıqda heç kəs gülmür və ya bir daha Mirzə Cəlilin "Ölulər"i haqqında". "Kaspi" qəzeti, 16–18 iyul 2011, № 108 (2518).
- 20. "Bir daha "Mürafiə vəkillərinin hekayəti" haqqında". "Kaspi" qəzeti, 21–23 iyul 2012-ci il, № 360 (2760).
- 21. Мехсети Гянджеви на азербайджанской сцене. Газета "Каспий" 21 октябрь 2013.
İştirak və məruzə etdiyi konfranslar (ixtisarla)
- 1. 5–6 noyabr 2014-cü il tarixində keçirilən III Bakı Beynəlxalq Teatr Konfransında "Azərbaycan Teatrının müasir mənzərəsi — dünya teatrına inteqrasiyanın göstəricisi kimi" adlı məruzə.
- 2. 11 aprel 2015-ci ildə AR Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin Teatr Xadimləri İttifaqı ilə birgə təşkil etdiyi "Müasir repertuarın xalq teatrında rolu" mövzusunda Respublika seminarında məruzə.
- 3. 2015-ci il iyunun 23-də Azərbaycan Teatr Xadimləri İttifaqının XIII konfransında nümayəndə və çıxış.
- 4. 2015-ci il İyunun 27-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda keçirilən Elmi-praktiki seminarda "Azərbaycan teatrı: dünəni, bu günü və sabahı" mövzusunda məruzə.
- 5. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən 4 mart 2016-cı ildə keçirilmiş "Şəhər və Teatr" mövzusunda respublika elmi-praktiki konfransda "Urbanizasiya və teatr" adlı məruzə.
- 6. 7–8 noyabr 2016-cı ildə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransında "Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlərin aynasında" adlı məruzə, Bakı, 2016, səh. 36–37.
- 7. AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkil etdiyi 24 noyabr 2016-cı il tarixində keçirilmiş "Azərbaycan milli sirk sənəti — 70" Respublika elmi-praktiki konfransında "Müasir Azərbaycan sirk sənəti dünya arenasında" (R.Məmmədovun həmmüəllifliyi ilə) mövzusunda məruzə.
- 8. Azərbaycan Teatr Xadimləri İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən SSRİ xalq artisti M.Davudovanın 115 illiyinə həsr olunmuş "Sənətkar və Zaman" adlı elmi-praktiki konfransında "Mərziyə Davudova yaadıcılığına tədqiqatçı baxışı" mövzusunda məruzə.
- 9. AMEA-nın Ədəbiyyat və Folklor İnstitutları tərəfinindən15 iyul 2016-cı ildə keçirilmiş "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" Beynəlxalq Elmi Konfransında "Azərbaycan xalq meydan teatrının poetikasına dair " mövzusunda məruzə.
- 10. AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkil etdiyi "Müstəqillik dövründə Azərbaycan və MDB ölkələrinin incəsənəti" mövzusunda 10 oktyabr 2016-cı ildə keçirilmiş beynəlxalq elmi konfransda "Müstəqillik dövründə Azərbaycan teatr sosiologiyasının inkişaf dinamikası" adlı məruzə.
- 11. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İRSİKA və AMEA-nın 10–11 noyabrda keşirdiyi "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq konfransda "Azərbaycan teatrının inkişafında Qarabağ amili" adlı məruzə.
- 12. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə 10 mart 2017-ci il tarixində keçirilmiş "Zaman və Teatr" mövzusunda elmi praktiki konfransda "Teatrın zamanı, zamanın teatrı" adlı məruzə.
- 13. Qazaxıstanın Almatı şəhərində 14 mart 2017-ci il tarixdə baş tutan "Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfransda "Aktyor sənəti — postdramatik teatrdan əvvəl və sonra" adlı məruzə.
- 14. Azərbaycan Respublikası Prezidentinin "Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında" 11 iyul 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə 18 aprel 2017-ci il tarixində keçirilmiş "Dünya və Azərbaycan operasında Şövkət Məmmədova fenomeni" mövzusunda elmi-praktiki konfransda "XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova" adlı məruzə.
- 15. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 6 mart 2018-ci il tarixində keçirilən "Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları" mövzusunda tələbə elmi konfransında "Aktyor sənəti postdtamatik teatrdan əvvəl və sonra" adlı məruzə.
- 16. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 9 mart 2018-ci il tarixində keçirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100, Azərbaycan Teatr Xadimləri İttifaqının 120 və Azərbaycan teatrının 145 illiyinə həsr olunmuş "Zaman və Teatr" mövzusunda elmi-praktiki konfransda "Teatrın zamanı, zamanın teatrı" adlı məruzə.
- 17. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 12–13 aprel 2018-ci il tarixində keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XVII Beynəlxalq elmi-praktiki konfransda "Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti" adlı məruzə.
- 18. AMEA Mİİ-nin 20 iyun 2018-ci il tarixində keçirdiyi "Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri" mövzusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş Beynəlxalq elmi konfransda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə teatr siyasəti" adlı məruzə.
- 19. AMEA Folklor İnstitutunun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə 30 iyun 2018-ci il tarixində İsmayıllı rayonunun Lahıc qəsəbəsində keçirdiyi "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq elmi konfransda "Azərbaycan teatrının milli kimlik problemi" adlı məruzə.
- 20. 12–19 may 2018-ci il tarixlərində keçirilən "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalında ekspert qismində iştirak.
- 21. 12–14 oktyabr 2018-ci il tarixində Rusiyanın Krasnodar vilayətinin Gəlincik şəhərində keçirilən "Şimali Qafqazın mədəni irsi millətlərarası anlayışın mənbəyi kimi" adlı IV Beynəlxalq Elmi Forumda "A.Q.Ridal və K.F.Stepanov-Kolosovun yaradıcı irsi Rusiya və Azərbaycan teatrının ümumi sərvəti kimi".
- 22. 4–6 noyabr 2018-ci il tarixində keçirilən V Bakı Beynəlxalq Teatr Konfransında "Çağdaş teatrın mövcudluq parametrləri" adlı məruzə.
- 23. Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni. "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda Respublika elmi-praktiki konfransında məruzə. Bakı, 28 mart 2019.
- 24. Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni. AMEA-nın Humanitar bölməsinin təşkil etdiyi "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" Elmi sessiyasında məruzə. Bakı, 25 aprel 2019.
- 25. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin keçirdiyi "Xalq teatrları peşəkar səhnənin beşiyidir" mövzusunda I Respublika Xalq Teatrları Konfransında "Xalq-özfəaliyyət teatrlarının milli teatr prosesinə təsir parametrləri" mövzusunda məruzə. Bakı, 25 iyun 2019.
- 26. Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü. "İncəsənətdə Nəsimi obrazı" mövzusunda Respublika Elmi-praktiki konfransında məruzə. Bakı, 28 iyun 2019.
- 27. Rusiya Federasiyasının Krasnodar vilayətinin Gəlincik şəhərində keçirilən "Şimali Qafqazın mədəni irsi millətlərarası anlaşmanın mənbəyi kimi" adlı V Beynəlxalq Elmi Forumda "Rusiya-Azərbaycan teatr əlaqələri millətlərarası dialoqun vasitəsi kimi" adlı elmi məruzə. Gəlincik şəhəri,10–13 oktyabr 2019.
- 28. Фактор зрителя в виртуальном театре. 11 may 2020-ci il tarixində Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə keçirilən "Onlayn teatr" Beynəlxalq virtual elmi konfransında elmi məruzə.
- 29. Синкретизм как проявление мировой гармонии (Комплементарные комплименты). 27 noyabr 2020-ci ildə Ufada keçirilmiş "Teatr, Zaman, Qəhrəman" VI Beynəlxalq onlayn elmi-praktiki konfransında elmi məruzə.
- 30. AMEA Memarlıq və İncəsənət İnstitutunun N.Gəncəvinin 850 illiyi münasibətilə 03 mart 2021-ci il tarixində keçirdiyi "Azərbaycan incəsənətində Nizami obrazı" mövzusunda on-line respublika elmi konfransında "Nizami Gəncəvi irsi və Azərbaycan teatr sənəti" adlı elmi məruzə.
- 31. 29 aprel 2021-ci il tarixində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görkəmli teatrşünas, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun 90 illiyi münasibətilə keçirilən "Milli teatrşünaslığın inkişafında İnqilab Kərimovun rolu" mövzusunda on-line elmi sessiyada "İnqilab Kərimovun sənət baxışları" adlı elmi məruzə.
[1]
- ↑ "Qafarov Vidadi Ramiz oğlu". science.gov.az (az.). 30 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021.