Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Vidadi Tofiq oğlu Rüstəmov 1973-cü il iyulun 6-sı, Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə 45 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə Azərbaycan Kooperasiya texnikumuna daxil olub. 1992-2006-cı illərdə fərdi bizneslə məşgul olub. 2006–cı ildən kino sahəsində prodüser kimi fəaliyyət göstərir. Hazırda "Buta Film" kino şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
2006 "Günəş şəhəri" – rejissor assistenti (sənədli film. Rej. A.Rüstəmov. Dərviş Prodüser Mərkəzi, Açıq Cəmiyyət İnstitutunun sifarişi ilə) 2007 "AİDS"-İri Planda – İcraçı prodüser (sənədli film. Rej . A.Rüstəmov. AGFİA, BMT İP-nın sifarişi ilə ) 2008 "Yalançılar" – İcraçı prodüser (qısametrajli film. Rej. Əbdülqəni Əliyev. AGFİA, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə) 2009 "Arxası qibləyə" – İcraçı prodüser (qisametrajli film. Rej. A. Rüstəmov. Buta Film, Dərviş, SKM Art Prdakşn) 2009 "Teatral həyat" - İcraçı prodüser (qısametrajli film. Rej. İlqar Nəcəf) 2011 "Buta" – İcraçı prodüser (Tammetrajlı bədii film. Rej. İlqar Nəcəf. Azərbaycanfilm, Buta Film) 2011 "Şəbəkə" – Çəkiliş texnikası üzrə icraçı prodüser (qısametrajlı bədii film. Rej. Kəmalə Rzayeva. Ayan-Z, Buta Film) 2011 "Neftlə çəkilən portret" (film, 2011)-prodüser 2012 Yuva (2012)- İcraçı prodüser 2017 Nar bağı (film, 2017) - Supervayzer