Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s.
qrafik kart– ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur.
Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular.
Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var. Bu adətən kompüterin əsas yaddaşından çox sürətli olur. Video kartlar adətən PCI, AGP və ya PCI Ekspressdən istifadə olunaraq ana plata ilə əlaqəndirilir.
Video kart çıxış təsvirlərini ekranda yaradan qrafik kartdır. Əksər video kartlar 3D səhnələrin və 2D qrafiklərin oxunmasının sürətləndirilməsi, MPEG-2/MPEG-4-ün dekodlaşdırılması, TV çıxışı və ya multi monitora qoşula bilmə bacarığı kimi müxtəlif funksiyaları dəstəkləyir. Video kart ana lövhəyə və ya CPU-ya daxil edilə bilər (çox vaxt belə kartlar inteqral video kart adlanır), lakin əksər ana lövhələr həmçinin leptop ana lövhələri də video kartların qoşulması üçün əlavə portlarla təmin olunmuşdur. İnteqral video kartlarda qrafik prosessor sistem resurslarını və enerji təchizatını CPU vasitəsilə paylayır,belədə keyfiyyət adətən xüsusi kartlarda olduğundan daha az olur,o zaman ki daha az enerjidən istifadə olunur. Müqayisə üçün,xüsusi qrafik kartlar özünəməxsus operativ yaddaşı,soyutma sistemi və xüsusi enerji tənzimləyicilərinə malikdir və bütün bu hissələr xüsusi olaraq video təsvirlərin emalı üçün dizayn edilmişdir və beləliklə CPU və sistem operativ yaddaşı bu işdən kənarda qalır. Demək olar ki,bütün ana lövhələr daha yüksək keyfiyyətli qrafik kartların inteqral qrafik sahələrinə daxil edilməsi üçün PCI və ya PCI Ekspress (PCI-E) slotlarına malikdir və inteqral qafik çipləri istifadəsiz hala gətirməyə imkan verir.
Müasir dövrümüzdə iki populyar video kart istehsalçısı var. Bunlar Nvidia və AMD-dir(keçmiş adı ATI Radeon-dur). Müasir video kart bir neçə komponeenti özündə birləşdirən sxem-lövhədən ibarətdir.Həmin komponentlər bunlardır: Qrafik emal qurğusu,istilik tənzimləyicisi,Video BIOS,video yaddaş,RAMDAC, çıxış interfeysləri,video qrafik silsilə(VGA)(DE-15),elektron vizual interfeysi,yüksək təyinatlı multimedia interfeysi, ekran portu.
Ən müasir video kartların yaddaş tutumu 128 MB-dan 8 GB-a qədər dəyişir. Video yaddaş GPU-ya və ekran sxeminə keçməyə ehtiyac duyur, o, tez-tez VRAM, WRAM, SGRAM kimi xüsusi yüksək sürətdən və ya muli-port yaddaşdan istifadə edir. 2003-cü il ərəfəsində video yaddaş adətən DDR texnologiyasına əsaslanırdı.O zamandan sonra istehsalçılar bunu DDR2, GDDR3, GDDR4, GDDR5-ə kimi inkişaf etdirdilər. Ümumiyyətlə, müasir kartlarda effektiv yaddaşın saatlıq norması 1GHZ və 6.3 GHZ arasında dəyişir.Video yaddaş 3D qrafiklərin koordinatlarının dərinliyini,teksturaları,verteks buferlərini və tərtib olunmuş şeyder proqramlarını idarə edən və ekran təsviri olan Z-buffer kimi digər verilənlərin də saxlanılmasında istifadə oluna bilər. Video kartlar 2 ölçüdə istehsal olunur, hətta Qrafik kartı kiçik formalı faktor PC-lərinə də əlavə etmək olar. Bu ölçülər mürəkkəb və aşağı profilli video kartlarda olur. İndiki dövrümüzdə ən güclü video kart Nvidia firmasının istehsal etdiyi GeForce GTX Titan Xp modelidir. Bu model 2017-cü ildə satışa çıxarılmışdır.
İnformatika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |