Videolu qapı telefonu — mənzillərin, yaşayış komplekslərinin, iş yerlərinin və s. bu kimi məkanların giriş hissəsində istifadə edilərək gələn zəngləri idarə etmək üçün nəzərdə tutulan müstəqil telefon sistemidir.[1] Bu, müasir tipli qapı telefonu sistemidir. Videolu qapı telefonu ilə girişin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, içəridə olan şəxsə qonağı (qapının qarşısında duran şəxsi) tanımağa və əgər arzu edərsə onunla söhbət etməyə və ya zəngi qəbul edərək qapını açıb onu içəri dəvət etməyə imkan verir.
Videolu qapı telefonu həm daxili, həm də xarici məkan elementlərdən ibarətdir: xarici tərəfdəki xarici panel, elektron kiliddən çıxarma və daxili məkan monitoru. Xarici məkan paneli və ya küçə paneli giriş qapısının və ya şlüzün yanında yerləşir və özündə istənilən iqlim şəraitində istifadəyə hazır olan müxtəlif elementləri ehtiva edir. Onun üzərində bir və ya bir neçə düymə (adətən hər evdə və ya mənzildə bir ədəd olur), zəng edənin şəklini çəkmək üçün etmək üçün gecə görmə qabiliyyətinə malik olan mikro kamera, səsini qəbul etmək üçün mikrofon və içəridəki şəxslərin səslərini çölə ötürmək üçün dinamika sistemi mövcud olur.[2] Videolu qapının giriş panelində evlərə və ya ofislərə zəng etmək üçün nəzərdə tutulmuş xüsusi düymələr və küçəni (bayır, çöl tərəfi) çəkmək üçün nəzərdə tutulmuş kamera yerləşdirilə bilər. Videolu qapı telefonunun giriş ekranı içəridə olan şəxsə kimin zəng etdiyini görməyə, qonaq ilə danışmağa və əgər istəsə qapını açmağa imkan verir. Daxili məkana quraşdırılmış monitor, zəng edən şəxsin şəklini əks etdirən ekrandan, söhbət üçün nəzərdə tutulmuş mikrofon və ya qulaqlıqdan, qapının kilidinin açılmasını təmin edən işə salma düyməsindən ibarətdir. Əlaqə təmini tam olaraq dupleksdir (iki tərəfli). Elektrikli qapı kilidi, qapının kilidinin açılması və gələn qonağın içəri dəvət edilməsi üçün nəzərdə tutulmuş və binanın içərisindən idarə olunan qapı kilidinə quraşdırılmış xüsusi bir cihazdır.[3]