Videotelefon

A 1969 AT&T Picturephone, the result of decades long R&D at a cost of over US$500M

1876-cı ildən başlayaraq bizim günlərə qədər, telefon ən populyar əlaqə vasitələrindən biri olaraq qalır. Çünki digər texniki alternativ əlaqə vasitəsi uzaq məsafədə olan həmsöhbətilə bilavasitə əlaqə effektini verə bilməz.

Videotelefon — dünyada ilk dəfə 1936-cı ildə almaniyalı mütəxəssis Georq Şubert (George Schubert) tərəfindən yaradılmışdır. Videozəng xidməti Almaniyada keçiriləcək olimpiadanın açılışı ilə əlaqədar təşkil edilmişdi. Cihazın ekranının ölçüsü 8 düym idi, abonentin təsvirinin yazılması üçün isə 40000 piksel dolğunluğa malik fotoelementdən istifadə edilirdi. 1940-cı ildə başlayan müharibə təcrübələrin davam etdirilməsinə imkan vermədi. 60-cı illərin sonunda ABŞ-nin məşhur "AT&T Bell Labs" şirkəti videotelefonların kütləfi istehsalına başladı. 1968-cı ildə zəngin bir dəqiqəsinin qiyməti 16 ABŞ dolları idi. Telefon vasitəsilə yalnız mənadaşıyıcı məlumatı deyil, həmçinin səsin, əhval-ruhiyyənin çalarlarını çatdırmaq mümkündür. Lakin videotelefonlar yaranandan sonra ünsiyyət imkanları xeyli çoxaldı. Yaranan gündən sürətlə içtimai həyatın əsas hissəsinə çevrilmiş adi telefondan fərqli olaraq, videotelefon, texniki göstəricilərinin üstünlüklərinə baxmayaraq, böyük aidutoriyaya çatdırılmayıb.

Videotelefon hər iki tərəfdə video-kamera ilə təmin olunmuş və səsi təsvirlə yanaşı ötürə bilən bir texniki cihazdır. Videotelefon vasitəsilə abonentlər bir birilərini həm eşidirlər, həm də görürlər. 1930-cu ildə aprelin 9 Nyu-Yorkda videotelefon vasitəsilə ilk iki tərəfli rabitə seansı baş tutdu. 1936-cı ilin martın birində isə Almaniyada Berlinlə Leypsiq arasında əlaqə yaradan videotelefon istifadəyə verilmişdir. Təsvir genişzolaqlı kabel vasitəsilə ötürülürdü və 500 kHs tezliyində yerləşirdi. 1964-cü ildə Toshiba şirkətində tarixdə ilk dəfə videotelefon icad edildi. Videocihaz adi telefon xəttinə qoşulurdu. Lakin yenilik təsviri ötürə bilməsə də — 5-saniyəlik yenilənmə ilə şəkili göstərə bilirdi.

Videotelefonların kütləvi istehsalına və populyarlığına telefon yarımstansiyaları mane olurdu. Yarımstansiyalar yalnız analoq siqnalını ötürə bilir. Siqnalın həcmi isə yalnız akustik siqnalın elektromaqnit təkanlarını ötürə bilirdi. Bu isə — təsvirin deyil, səsin ötürülməsi deməkdir. Videotəsviri uzaq məsafəyə ötürmək isə — ötürmə xəttlərinin ötürmə imkanlarının və xəttlərin davamlığının bir neçə dəfə çoxaldılması deməkdir. Bunun üçün ilk növbədə telefon stansiyasının modernizasiyası vacibdir. Bir qədər sonra bir neçə qərb ölkəsində analoq telefon xəttlərini rəqəmsal xəttlərlə əvəz etdilər və yeni texnologiyalar sayəsində məlumatların sürətli ötürülməsi təmin edildi.

2004-cü ildən İtaliyada dünyada ilk dəfə olaraq adi telefon xəttinə qoşulmaqla videotelefonlardan istifadə etmək mümkün olub. Yeni aparat 10-santimetrlik videoekranla və ekranın üstündə quraşdırılmış miniatyur videokamera ilə təchiz edilib. Videocihaz yüksək keyfiyyətli təsviri saniyədə 15-kadr tezliyi ilə ötürür (mobil telefonda tezlik saniyədə 7–8 kadr təşkil edir).

Azərbaycanda videotelefonlardan yalnız yüksəksürətli İnternetə qoşulduqdan sonra istifadə etmək mümkündür, çünki mövcud telefon xəttləri videotelefondan istifadə etməyə imkan vermir. Yerli mobil operatorları 3G texnologiyasını tətbiq etdikdən sonra, gələcəkdə mobil videotelefondan istifadə etmək mümkün olacaq[1].

  1. (#empty_citation)