Viktor Klaynın ev muzeyi — XIX əsrin əvvəllərinə aid ev muzeyi. Göygöldə yaşayan son alman Viktor Klayna məxsus ev.
Viktor Klaynın ev muzeyi | |
---|---|
Mövzu | Xatirə muzeyi |
Ölkə | |
Yerləşir | Göygöl |
40°35′17″ şm. e. 46°19′05″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Klayn 1935-ci il sentyabrın 1-də Göyöl şəhərində anadan olub[1]. İxtisasca radiotexnik olub. Ailə qurmayıb. Yaşadığı ev 1886-cı ildə Viktor Klaynın ana babası Yoşua Klayn tərəfindən tikilib. 1941-ci ildə SSRİ ərazisində almanları sürgün edəndə qarışıq ailələri sürgün etmirdilər[2]. Viktor Klaynın da atası polşalı olduğu üçün onu və anasını sürgün etmirlər. Viktor Klayn ölümündən əvvəl yaşadığı evi Azərbaycanda fəaliyyət göstərən Almaniya səfirliyinə vəsiyyət edib. 2007-ci il martın 29-da Göygöldə dünyasını dəyişib. Göygöldə yerləşən alman qəbiristanlığında dəfn edilib[3].
Yaşadığı ev Göygöldə yaşayan almanların xatirəsini qorumaq üçün muzey kimi təmir edilib[4][5].