Viktor Romanoviç Rappoport (Rappaport) (rus. Виктор Романович Раппопорт (Раппапорт); 1889, Sankt-Peterburq – 2 iyul 1943, Bakı) — sovet teatr rejissoru, dramaturq, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).
Viktor Rappoport | |
---|---|
Doğum tarixi | 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1943 |
Vəfat yeri | |
Fəaliyyəti | teatr rejissoru, teatr pedaqoqu[d], dramaturq |
Təhsili | |
Mükafatları |
Viktor Romanoviç Rappoport 1889-cu ildə Sankt-Peterburqda anadan olmuşdur. 1910-cu ildə Sankt-Peterburq İmperator Universitetini bitirmiş və həmin ildən "Teatr və incəsənət" jurnalında işləmişdir.[1]
Teatr fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburq Troitski Teatrında başlamış və 1913–1914 mövsümündə teatrın bədii rəhbəri olmuşdur. 1915-ci ildən çar ordusunda hərbi xidmət keçərək bədii kollektivin üzvü olmuşdur. 1917-ci ilin oktyabrından Kote Marcanişvilinin rəhbərlik etdiyi Troitski Teatrında fəaliyyətini davam etdirmiş, 1918-ci ildən Petroqrad Dram Aktyorları İttifaqı Teatrının (keçmiş Suvorin Teatrı) baş rejissoru olmuşdur. Böyük Dram Teatrında və Leninqrad opera və dram teatrlarında tamaşalar səhnələşdirmişdir.[1]
Viktor Rappoport 1922–1926-cı illərdə Aleksandr Teatrında çalışmış, 1924-cü ildən həmin teatrın studiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1926-cı ildən Leninqrad Opera və Balet Teatrının rejissoru, 1927-ci ildən isə baş rejissoru olmuşdur. 1925–1929-cu illərdə fasilələrlə Leninqrad Dövlət Akademik Teatrı truppaları rəhbərinin müavini olmuşdur.[1]
Viktor Rappoport Böyük Teatrda bir neçə əsər səhnələşdirmişdir.[2] O, 1933-cü ildən Xarkov, Kiyev, Minsk, İrəvan şəhərlərində teatr fəaliyyətini davam etdirmişdir. 1939-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru olmuşdur.[3] 17 iyun 1943-cü ildə ona "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.[4]
Viktor Rappoport 2 iyul 1943-cü ildə Bakıda vəfat etmişdir.[3]