Viktor Ryabokon (rus. Виктор Рябоконь; 1895, Rusiya imperiyası – 27 aprel 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet futbol hakimi. Ümumittifaq kateqoriyalı hakim olmuşdur.
Viktor Ryabokon | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1938 |
Vəfat yeri |
|
Vətəndaşlığı |
1937-ci il oktyabrın 21-də əksinqilabi faşist təşkilatında və terrorda iştirakda ittiham edilərək həbs edilib. 27 aprel 1938-ci ildə məhkum edilmiş və edam edilmişdir. 1957-ci ildə bəraət almışdır.[1]
"A" sinfində baş hakim kimi 6 oyunda hakimlik edib (1936–1937). 1936-cı il SSRİ kubokunun yarımfinalında (Tbilisi "Dinamo"su ilə "Qırmızı Bayraqlı Qluxovo" (5:1) matçında,[2] Uruqvay və Finlandiya işçi komandaları arasında 1928-ci il Ümumittifaq Spartakiadasının 1/4 final oyununda və 1934-cü ildə SSRİ və Türkiyə yığmaları arasında keçirilən oyunda hakimlik edib.[3]