Viktor unqerniyası (lat. Ungernia victoris)[1] - unqerniya cinsinə aid bitki növü.[2]
Viktor unqerniyası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ungernia victoris Vved. ex Artjushenko – Viktor ungerniyası (Evgeni ungerniyası, amankora, ungerniya)
Çoxillik soğanaqlı bitkidir. Soğanağı iri, uzunluğu 7-11 sm, yumurtaşəkilli, diametri 7-12 sm, açılan, tünd-qəhvəyi və ya qaramtıl-qonur rəngli, pulcuqlu olub, boyuncuğunun uzunluğu 17 sm-ə bərabərdir. Soğanağın dib tərəfi yaxşı inkişaf etmiş, sarımtıl-çəhrayı rəngli, şirəli olmaqla, yalançı əlavə kökləri vardır. Yarpaqları ikisıralı, şirəli, hamar, xətti, zirvəsi küt, uzunluğu 20-40 sm, eni isə 1-4 sm-ə bərabərdir. Bu bitki fevralın sonunda inkişafa başlayaraq, aprelin ortalarına kimi maksimal inkişaf edir. Mayın sonundan iyunun sonuna qədər inkişafı zəifləyir və quruyur. İnkişaf etmiş çiçəkqruplarının uzunluğu 12-30 sm olub, bircərgəli çətirşəkilli qına malikdir. Çiçəkqrupları 2-11 ədəd, düz qıfabənzər, sarımtıl-çəhrayı və ya yasəmən çiçəklərinə bənzəyir. İyulun sonu və avqustun əvvəllərində çiçəkləyir, sentyabrda isə meyvələri yetişir.[3]
Toplanıldığı yerlərdən təkrar toplanılması 3 ildən sonra ola bilər. Keyfiyyətli xammalı ən inkişaf etmiş yarpaqları hesab (30-35sm) edilir. Toplanılma aprelin ortalarından mayın ortalarına qədər aparıla bilər. Yarpaqlarını iti bıçaqla kəsmək lazımdır. Çoxlu miqdarda yarpağın birdən-birə toplanılması məsləhət görülmür. Çoxillik yabanı və keyfiyyətli dərman xammalı olan Viktorunqerniyası bitkisini aprelin ortalarından mayın sonuna (yarpaqlar saralana qədər) qədər toplamaq və qurutmaq mümkündür. Təzə yarpaqları küləş doğrayan maşınla 2-3 sm hissəciklərə bölərək, brezent və ya düz meydançaya sərərək qurutmaq lazımdır. Qurutma 4-5 gün ərzində aparılmalıdır.
Zəif iyli olub, dadı müəyyən olunmamışdır (!).
Xammalı B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.[4]
Soğanaq və yarpaqlarının tərkibində qalantamin və likorin sırası alkaloidlər vardır. Bu alkaloidlərin əsasını qalantamin, qalantin və likorin təşkil edir. Soğanaqlarında 0,8-0,9%, köklərində 2,25%, yarpaqlarında isə 0,33-1% alkaloidlər vardır. Yarpaqlarında 0,2% qalantamin olur. Bundan başqa xelidin turşusu, çiçəklərində efir yağı izləri, soğanağında nişasta, selik, kitrə və qatran vardır.[5]
Bronxolitik, öskürəkkəsici, qusmaəleyhinə və antixolenestraza dərmandır. [6]
Qalantamin xolenestrazanın əks blokatrıdır. Sinir impulslarının keçiriciliyini yüngülləşdirir, baş və onurğa beyin reflektor zonalarının sinir-əzələ sinapslarının oyanmasını gücləndirir. Skelet əzələlərin tonusunu oyandırır və stimullaşdırır, mədə və tər vəzilərinin sekresiyasını artırır, mioz yaradır, akkomodasiya spazmını aradan götürür və gözdaxili təzyiqi azaldır. Likorin bronxolitik, öskürəkkəsici və qusma yaradır. Antixolenestraza aktivliyi, bağırsaq və skelet əzələlərini və sidik yollarını stimullaşdıran dərmandır.
Yarpaqlarında qalantamin vardır ki, bundan da “qalantamin hidrobromid” maddəsi alınır. Miasteniyada, proqressiv əzəzə distrofiyasında, hərəkət və duyğu pozğunluqlarında, nevrit, polinevrit, radikulit və digər patologiyalarda təyin edilir.[7]