Vilayət Quliyev (hərbçi)

Vilayət Bərxuda oğlu Quliyev (Tinli) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2-ci Ordu Korpusunun komandiri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından biri.

Vilayət Quliyev
Şəxsi məlumatlar
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi
General-mayor
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı"Füzulinin azad olunmasına görə" medalı"Qubadlının azad olunmasına görə" medalı"Şuşanın azad olunmasına görə" medalı

Vilayət Quliyev Cəbrayıl rayonunun Tinli kəndində anadan olub.[1]

O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında yaxından iştirak edib.[1]

Onun rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, CəbrayılHadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.[2] Döyüşlərin gedişində ayağından qəlpə yarası almasına baxmayaraq, qısa müddət sonra döyüş meydanına geri qayıdıb və mübarizəsini davam etdirib.[3] Daşaltı kəndinin, Şuşa şəhərinin azad edilməsində xüsusi rol oynayan zabitlərdən biridir.[1]

O, 2024-cü ilin oktyabrında 2-ci ordu korpusuna komandir təyin olunub.[2]

2020-ci il dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.[4]

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

  1. 1 2 3 modern.az. "II Ordu Korpusunun yeni komandiri general Quliyev kimdir? - DOSYE". modern.az (az.). İstifadə tarixi: 2024-10-07.
  2. 1 2 "Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu – Unikal.az". unikal.az. İstifadə tarixi: 2024-10-06.
  3. "Arxivlənmiş surət". musavat.com. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.