Vilhelm Mauzer

Vilhelm Mauzer

Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882)

Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı. Ən məşhur C-96 tapançasının istehsalına isə 1893-cü ildən başlanıldı. C-96 ilk dəfə alman əsgərinə təklif edildi, amma uğursuz oldu. Ancaq bu silah mülki insanlar arasında çox nüfuz qazandı. C-96 sonralar Cənubi Afrikada 1899–1902-ci ildə davam edən Boer Müharibəsi illərində geniş istifadə olundu. I dünya müharibəsi sırasında alman ordusunun Luger P-08 standart tapancası da ümidləri yetərincə doğrultmadığına görə öz yerini C-96 silahına verdi. C-96 eyni zamanda II dünya müharibəsində də bir müddət istifadə olundu. Mauser HSC silahı da məşhur alman Mauzer silah şirketi tərəfindən 1937-ci ildə istehsal edildi.

Bu tapança polisin və sənəd əsasında mülki əhalinin istifadəsi üçün nəzərdə tutulurdu. Amma silahın istehsalından iki il sonra başlayan II dünya müharibəsində hava və dəniz qüvvələri də bu silahdan istifadə etdi.

1970-ci ilin sonlarında Mauser HSC istehsalı dayandırdı və bu silahın istehsalının lisenziyasını İtalyan şirkətlərindən birinə satdı. Mauzer 98k tüfəngi də 1935-ci ildə ilk dəfə Alman Silahlı Qüvvələri tərəfindən mauzer Şever 98-in dizaynına əsaslanaraq istehsal edildi.

Kar98k tüfəngi əllə qurulub atəşə hazır edilən çəkilmə sistemi ilə çalışır. Kar98b silahı da I dünya müharibəsində Osmanlı Dövləti tərəfindən geniş istifadə edilən alman mauzer tüfəngidir. O zaman doğru düzgün bir təchizatı olmayan Osmanlı birlikləri Alman tüfengləri ilə silahlandırılır. Kar98b, indiyə qədərki ən uğurlu sürgülü tüfəng olaraq qəbul edilir. Bu silahın yeganə mənfi tərəfi uzun olmağı idi ki, sonralar şirkət bunu da təkmilləşdirərək onun qısa forması Karabiner 98 Kurzu yaratdı. Bu yeni dizaynlı istehsal Alman piyada qoşun növlərində geniş istifadə olundu. Elə məhz Kar98k-dan istifadə edən almanlar 1939-cu ildə Polşanı işğal edərək qısa müddətdə bütün dünyanı dəhşətə gətirəcək II dünya müharibəsini başladılar. Amma sonralar bu silahın da qısa məsafədəki yararlı olmadığını gördülər. Belə ki, bir atəşdən sonra sürgü çəkilərək yenidən atışa hazır olmalıydı ki, bu da qısa məsafəli döyüşlərdə vaxt itkisinə və əsgərin məhvinə səbəb olurdu. Ancaq avtomatik silahlar istifadə edən düşmənlər dəqiqədə onlarla mərmi atırdılar. Buna görə də almanlar tarixin ilk alman avtomatik silahı olan StG-44 tüfəngini istehsal etdi. Buna baxmayaraq bu avtomatik silah da Kar98k-nın məşhurluğunu keçə bilmədi. Əksinə onun alman kəskin nişançıları üçün nəzərdə tutulan bir çox durbinli modeli istehsal edildi. Ümumiyyətlə kar 98k tüfəngi dünyada ən uzun müddət istifadə olunan silah sayılır. Hazırda original ve kopyalanan Kar98k-lar II dünya müharibəsi koleksiyonerləri üçün vazkeçilməz bir əntiq əşya sayılır.