Kontes Vilma Huqonnay (tam adı: Vilma Huqonnay, mac. Vilma Hugonnai; 30 sentyabr 1847 – 25 mart 1922[1], Budapeşt) — Macarıstanın ilk qadın həkimi.[2]
Vilma Huqonnay | |
---|---|
mac. Vilma Hugonnai | |
Doğum tarixi | 30 sentyabr 1847 |
Vəfat tarixi | 25 mart 1922[1] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | həkim, midwife[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Kontes Vilma Huqonnay, Kont Kalman Huqonnay və Pansey Rizanın beşinci övladıdır. O, Sürixdə tibb üzrə təhsilini 1879-cu ildə başa vurmuşdur.[3] Vilma Macarıstana qayıdanda Macarıstanın rəhbərliyi cinsiyyətinə görə onun ixtisasını tanımaqdan imtina etdiyi üçün həkim kimi fəaliyyətinə başlaya bilmədi. 1897-ci ilədək mamaça işləmişdir. Sonradan macar rəhbərliyi onun elmi dərəcəsini qəbul etmiş və beləcə öz tibbi fəaliyyətinə başlaya bilmişdir.[3] Macarıstanda bu ixtisasa yiyələnən ilk qadın 1900-cü ildə Şarolta Ştaynberger olmuşdur.[4] Onlardan heç biri 1913-cü ilə qədər kişi həkimin nəzarəti olmadan fəaliyyət göstərə bilməmişdilər.[3]