Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır.[1][2][3][4][5]
Vinis Mabansaq | |
---|---|
Doğum tarixi | 15 noyabr 2022 (0 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur.[6][7] Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır.[8] Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.[9]