Violonçel Sonatası (Şopen)

Violonçel SonatasıŞopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır.[1]

Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi.[2][3]

Əsər 4 hissədən ibarətdir:

  1. Alleqro moderato G (sol) minor
  2. Skerso D (re) minor, Trio D (re) major
  3. Larqo B♭ (si bemol) major
  4. Final. Alleqro G (sol) minor, sonluq G (sol) major

Əsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.

  1. Nicholas, Jeremy (2010). Chopin: Chamber Music Arxivləşdirilib 2019-09-30 at the Wayback Machine
  2. Rezaei, Ramin (2010). Frederic Chopin's Chamber Music and Polish Songs Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  3. Ross, M (2011). Chopin & Saint-Saens: Cello Sonatas Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine