Visali Şirazi

Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz1846) — Qacarlar dövrü İran şairi.

Visali Şirazi
fars. محمدشفیع وصال شیرازی
Doğum tarixi 1782
Doğum yeri
Vəfat tarixi 1846
Fəaliyyəti şair, xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə baxmayaraq Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində "Məhcur" təxəllüsünü işlətdi; daha sonra şeyxi ona "Visal" təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı. Şirazda öndə gələn şəxslərin sohbət və əyləncə məclislərində gözəl səsiylə öz şeirlərini oxuyaraq şöhrət qazandı. Dövlət adamları yanında şəhərin əyan-əşrəfiyiylə dostluq qurdu. Yaxın yoldaşlarından biri də məşhur şair Qaani Şirazidir. Daha sonra təsəvvüfə yönələrək və sufizmlə ilgili kitablar oxudu. Dönəmin mütəsəvviflərindən Mirzə Əbülqasım Sükutun sohbətlərində iştirak etdi; şeyxinin yaxınları içində yer alıb irşada məmur edildi. Şairliyi və xəttatlığı yanında nəqqaşlıq və təzhib sənətində də istedad sahibiydi və güzəranı çox dəfə yazı yazaraq keçirirdi. Fətəli şah Qacarın Şirazı ziyarəti əsnasında yeddi ayrı xəttlə yazdığı, cild və təzhibini də şəxsən hazırladığıı Quran-ı Kərimi ona təqdim. Şahla görüşməsinin ardından ona ərmağan verildi, ayrıca illik maaş bağlandı.

Şirazda vəfat edən Visalin hamısı da şeir və sənətdə söz sahibi olan altı uşağı qalmışdı. Bunların arasında ən çox tanınanı şair və xəttat Mirzə Məhəmməd Davəridir.

  • Mehdi Bəyani, Əḥval ü As̱ar-ı Xoşnüvisan, Tehran, 1348 hş., III, 755–762.
  • Hidayət, Riyażül-ʿarifin, s. 576–596.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]