VisiCalc – fərdi kompüterlər üçün ilk elektron cədvəl. 1979-cu ildə Den Briklin (Dan Bricklin) və Bob Frenkston (Bob Frankston) tərəfindən Apple II fərdi kompüterləri üçün işlənib hazırlanıb. Tez-tez deyirlər ki, məhz Visicalc mikrokompüterləri əyləncə və hobbi alətindən işgüzar sənəd dövriyyəsi aparmaq üçün ciddi alətə çevirdi. Cəmi 6 il ərzində proqramın 700 000-dən çox nüsxəsi satılmışdı.