Vitold Rostropoviç

Vitold Rostropoviç (rus. Витольд Ростропович; 22 aprel 1856, Varşava quberniyası, Rusiya imperiyası25 sentyabr 1913, Voronej, Rusiya imperiyası) — pianoçu, pedaqoq, bəstəkar, naşir və fortepiano üçün pedaqoji pyeslər toplusunun tərtibçisi. Violonçelist Leopold Rostropoviçin atası, violonçelist Mstislav Rostropoviçin babası.

Vitold Rostropoviç
rus. Витольд Ростропович
Ümumi məlumatlar
Doğum adı Vitold Rostropoviç
Doğum tarixi
Doğum yeri Varşava quberniyası,  Rusiya İmperiyası
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Voronej,  Rusiya İmperiyası
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, pedaqoq, bəstəkar, naşir
Musiqi aləti piano

Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-ci ilin sentyabr ayında Voronej oğlanlar gimnaziyasında fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar.[1]

1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu Vitold Rostropoviçin də böyük rolu olmuşdur. 1880-ci illərin ortalarından başlayaraq Rostropoviç musiqi əsərlərinin müəllifi və redaktoru kimi məşhurlaşır. Rostropoviç 1913-cü il sentyabr ayının 25-də qəflətən vəfat edir.[1] Voronejdəki Voznesenski qəbiristanlığında dəfn olunub.[2] Məzarı bugünə qədər gəlib çatmayıb.

  1. 1 2 "ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI". Musigi-dunya.az. 10 Aprel 2017 tarixində arxivləşdirilib.
  2. "Ростропович Леопольд Витольдович — виолончелист, профессор Бакинской консерватории". Наш Баку — история Баку и бакинцев. 2012-04-13. 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-20.