Vizəzəmin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1] Vizəzəmin kənd inzibati ərazi vahidinə 12 kənd daxildir.
Vizəzəmin | |
---|---|
38°46′24″ şm. e. 48°31′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 660 m |
Saat qurşağı | |
Əhalisi 492 nəfərdir.[2]
Oykonim talış dilindəki vız (qoz) və zəmin (yer, ərazi, sahə) sözlərindən əmələ gəlmişdir. Kəndin adı orada qoz ağaclarının çoxluğu ilə bağlı olub, “qozlu yer, qozluq” mənasındadır.[3]
Vizəzəmin kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir.
Kənddə Vizəzəmin kənd məscidi dini icması fəaliyyət göstərir.[4]