Vladimir Babuşkin

Vladimir Petroviç Babuşkin (ləqəbi Vasya Brilyant və ya sadəcə Brilyant) (d. 18 may 1928, Həştərxan, RSFSR, SSRİ - ö. 26 may 1985, Belıy Lebed həbsxanası, Solikamsk) - tanınmış, peşəkar cinayətkar, SSRİ cinayət aləminin əfsanəvi lideri; "Qədim məktəb" ayamalı rusiyalı qanuni oğru, kriminal aləmin ən parlaq nümayəndəsi. Qanuni oğruların patriarxı, kriminal aləmin əfsanəsi.

Vladimir Babuşkin
Vladimir Petroviç Babuşkin
Doğum tarixi
Doğum yeri Həştərxan, RSFSR, SSRİ
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Belıy Lebed Həbsxanası, Solikamsk şəhəri, Perm diyarı, SSRİ
Vəfat səbəbi Qətlə yetirilib
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti rus

Ömrünün 40 ildən çoxunu həbsxanalarda keçirmişdir. Rusiyanın Vladimir vilayətində yerləşən Vladimirskiy sentral adlı həbsxanada cəza tətbiq etmişdir. Elə həmin vaxtlarda cəzası artırılmış Azərbaycanlı qanuni oğru Lotu Bəxtiyarı da bu həbsxanaya göndərmişdilər. Vasya Brilyant Novxanılı Bəxtiyara qanuni oğru adını məhz elə bu həbsxanada vermişdir. Vasya Brilyant ömrünün sonunadək oğru ənənələrini tətbiq etmiş, ona görə də heç vaxt Sovet dövləti üçün çalışmamışdır. Versiyalara görə 1985-ci il mayın 26-da Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yerləşən xüsusi rejimli cəza koloniyası olan Belıy Lebed həbsxanasında vəfat etmişdir. Lakin kriminal aləmdə onun öldürüldüyünə dair versiyalarda mövcuddur. Solikamsk şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məzarı üzərində cinayət aləmindəki obşak liderlərinin vəsaiti hesabına qranit abidə ucaldılmışdır.