Vladimir Xaritonov (Tam adı: Xaritonov Vladimir Aleksandroviç; 1949, Saratov vilayəti, RSFSR, SSRİ – 8 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Vladimir Xaritonov | |
---|---|
Xaritonov Vladimir Aleksandroviç | |
Doğum tarixi | 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 1990 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1949-cu ildə Saratovda anadan olmuşdur. Bakıda hərbi qulluqçu işləyib. İki uşaqı qaldı. Fevralın 8-də gecə saat 12.00-da işdən evə gedərkən Dərnəgül körpüsünün ayağında əsgərlər mayor Xaritonovun «Moskviç» markalı maşınını saxlamaq istəyiblər. Nədənsə Xaritonov maşını saxlamayıb. Bəlkə də düşünüb ki, onlar hərbçi mən hərbçi, mənə güllə atmazlar. Ancaq sən saydığını say... Əsgərlər ikinci dəfə qışqırıblar: — Stoy, strelyat budu! Xaritonov isə evə tələsirdi, uşaqlarının yanına tələsirdi... Əsgərlər əvvəlcə xəbərdarlıq atəşi açıblar. Sonra da... Sonra da atılan güllə hədəfə dəyib. Güllə mayor Xaritonovun başından dəymişdi. Əcəl elə oradaca haqlamışdı onu...
Vladimir Aleksandroviç Xaritonov Saratovda dəfn olunmuşdur.[1]