Vladislav Kaim (27 sentyabr 1995) — Moldovalı iqtisadçı və jurnalist, BMT Baş Katibi yanında İqlim Dəyişikliyi üzrə ilk Gənclər Məsləhət Qrupunun üzvü. Gənclər üçün ekoloji cəhətdən təmiz və layiqli iş yerlərinin yaradılmasına, beynəlxalq ticarət və miqrasiya sahəsində dərin biliklərə yiyələnməsinə çağırması ilə tanınır[2].
Vladislav Kaim | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1995 (28 yaş) |
Təhsili | |
Fəaliyyəti | ətraf mühit fəalı[d] |
Vladislav Kişinyovda (Moldova) anadan olub. 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir[3]. Bitirdikdən sonra Malmöyə (İsveç) köçür, daha sonra 2019-cu ildə Lund Universitetində magistr proqramına daxil olur[4].
2013-2017-ci illərdə Kişinyovda Business Class iqtisadi jurnalında çalışıb və burada Avropa futbolu ilə bağlı aylıq rəylər yazıb. MDBMİ-da o, Dayanıqlı İnkişaf Məqsədləri Forumunun təsisçilərindən biri olmuşdur[5]. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin iyul ayına qədər Malmö Universitetinin “UF Malmö - Xarici İşlər Assosiasiyası” tələbə birliyində çalışmışdır. 2019-cu ildə o, iqlim dəyişikliyinə və onun ölkələrin iqtisadiyyatlarına təsirinə diqqət yetirməyə başlayır[6]. 2020-ci ilin yanvar-iyul aylarında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında işləyib.
27 iyul 2020-ci ildə o, Nisrin Es-Saim, Ernest Gibson, Sofiya Kianni, Natamon Metene, Paloma Kosta, Arçana Sorenq ilə birlikdə BMT-nin Baş Katibi Antoniu Quterreş yanında İqlim Dəyişikliyi üzrə ilk Gənclər Məsləhət Qrupunun üzvü seçilmişdir. Məsləhətçi qrupun bir hissəsi olaraq, onlar gənclərin fikirlərini yüksək səviyyəli qərar qəbul edənlərə çatdırır və Baş Katibə 2020-2021-ci illər üçün iqlim dəyişikliyi strategiyasının həyata keçirilməsi ilə bağlı məsləhətlər verir[7].