Vladislav Novikov (10 noyabr 1993[1] Toksovo, Rusiya[2]) — Rusiyalı dağ-xizək idmançısı. Vladislav Novikov Rusiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir.
Vladislav Novikov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vladislav Novikov |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | |
İdman növü | Dağ-xizək idmanı |
21 dekabr 2016 tarixində yenilənib. |
Vladislav Novikov birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Novikov 2:52.65 saniyəlik nəticəsi ilə 109 atlet arasında 35-ci yeri tutdu.