Vogezlər

Vogezlər (fr. Vosges) — Fransanın şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 88. İnzibati mərkəzi — Epinal. Əhalisi — 392,846 nəfərdir (departamentlər arasında 61-ci yer, 2010-cu ilin məlumatları).

Departament
Vogezlər
fr. Vosges
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

48°10′00″ şm. e. 06°25′00″ ş. u.


Ölkə  Fransa
Daxildir Qrand Est
İnzibati mərkəz Epinal
Şuranın sədri Kristian Ponsle
Tarixi və coğrafiyası
Yaradılıb 4 mart 1790
Sahəsi 5.874 km² (53 %)
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 392 846 nəfər (2010) (61-ci yer)
Əhalinin sıxlığı 66,88 nəfər/km² (61-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu FR-88
Rəsmi sayt
Vogezlər xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi — 5874 km². Vogezlər dağ massivində yerləşən departamentin ərazisində Sona çayı axır.

Departamentə 3 rayon, 31 kanton və 515 kommuna daxildir.

Vogezlər — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış ilk 83 departamentdən biridir. Keçmiş Lotaringiya əyalətinin ərazisində yerləşir. Adı Vogezlər dağ massivindən gəlir.

1794-cü ildə bu bölgədə inqilabçı Fransa qoşunları və Alman dövlətlərinin koalisiya ordusu arasında böyük bir döyüş baş verdi.

17931795-ci illərdə, Salm Knyazlığı və Şmirek əyalətinin qonşu torpaqları, departamentin orijinal ərazisinə daxil edildi. 1870-1871-ci illərdə Fransanın franko-prussiya müharibəsindən sonra, departamentin ərazisinin təxminən 4 % Almaniyaya verildi.

Fransadakı ilk turizm ofis Jerarmer şəhərində açıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Vogezlər departamenti  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Préfecture