Voksel

Voksel modeli. Bir voksel bir kubikə uyğundur

Voksel (Voxel) – həcmli görüntü elementi; üçölçülü fəzada rastr elementinin qiymətini özündə saxlayır. “Volumetric pixel” (“həcmli piksel”) sözlərindən yaranıb. Voksellər üçölçülü fəzada piksellərin analoqudur. Voksel modellərdən çox zaman tibbi və elmi informasiyaları vizuallaşdırmaq üçün istifadə olunur. Piksellərdə olduğu kimi, voksellər də fəzadakı koordinatları haqqında informasiyanı özündə saxlamır. Onların koordinatları üçölçülü matrisdəki yerlərinə görə hesablanır. Bununla voksellər vektor qrafikası obyektlərindən fərqlənir, belə ki, vektor qrafikasında obyektlərin dayaq nöqtələrinin (təpələrin) koordinatları və başqa parametrlər məlum olur. Hər bir vokselin müəyyən qiyməti, məsələn, rəngi olur. Voksel modeli saxlamaq üçün X×Y×Z ölçülü massivdən istifadə olunur. Sıxılmamış voksel modelləri vektor modellərlə müqayisədə emal üçün yaddaşda daha çox yer tutur. Məsələn, ölçüsü 256×256×256 voksel olan bir sıxılmamış model yaddaşda 32 Mb (256*256*256=16777216 voksel və hər bir voksel üçün minimum 2 bayt ayrılsa, yekun 16777216*2=33554432 bayt = 33554432/1024=32768 Kb = 32768/1024 = 32 Mb) yer tutacaq, eyni ölçülü vektor modelinin tutacağı yer isə onlarla və hətta yüzlərlə dəfə az olacaq.

Voksel modeli

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Voksel haqqında Arxivləşdirilib 2013-08-29 at the Wayback Machine

Voksel