2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Voleybol | ||||
Komanda | Kişilər | Qadınlar |
Voleybol 2015 Avropa Oyunlarında — 13-28 iyun tarixlərində Bakının Bakı Kristal Zalında keçirildi. Yarışlarda idmançılar 2 dəst medal uğrunda yarışdılar.
Yarışlarda həm kişilər, həm də qadınlar mübarizə apardı. Ümumi olaraq Azərbaycan paytaxtına 336 voleybolçu gəlmişdir. Onlar Avropanın 15 ölkəsini təmsil edirdilər.
Kişilərin yarışlarında Almaniya, Bolqarıstan və Rusiya Federasiyası favorit idi. Qadınların yarışlarında isə ev sahibi Azərbaycan, həmçinin Türkiyə, Polşa və Serbiya favoritlərdən hesab olunurdu.
Voleybol yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda 2012-ci ildə inşa olunan Bakı Kristal Zalında keçirildi. Bu arena 2012-ci ildə istifadəyə verilmişdir. Zalın voleybol meydançası 6 000 nəfər üçün nəzərdə tutulub. Bakı Kristal Zalı 2015 Avropa Oyunları çərçivəsində voleybol ilə yanaşı boks, qılıncoynatma, karate və taekvondo yarışlarınada ev sahibliyi etdi.
Sıra | Ölkə | Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 | Almaniya | 1 | 0 | 0 | 1 |
2 | Türkiyə | 1 | 0 | 0 | 1 |
3 | Bolqarıstan | 0 | 1 | 0 | 1 |
4 | Polşa | 0 | 1 | 0 | 1 |
5 | Rusiya Federasiyası | 0 | 0 | 1 | 1 |
6 | Serbiya | 0 | 0 | 1 | 1 |
- | Cəmi | 2 | 2 | 2 | 6 |
Yarış | Qızıl |
Gümüş |
Bürünc |
Komanda |
2015 Avropa Oyunlarında 15 ölkənin 336 voleybolçusu iştirak etdi.