Voleybol topu — anlayışı ümumi anlayışdır. Belə ki, bu termin həm klassik voleybola (zal voleybolu), həm də çimərlik voleyboluna aid edilir. Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 q-dır.[1][2]
Voleybol topu basketbol və futbol toplarına görə daha yumşaq və elastik olur. Çətin sıxılan bu toplar qüvvətli zərbə zamanı asanlıqla yerə dəyib göyə qalxa bilirlər.