Voljsk-Kama bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 55 ünvanında yerləşən bina. Bina Aleksadr Nikolayeviç Beketovun layihəsi əsaaında 1906–15-ci illər ərzində inşa edilmişdir. Binada sovet dönəmində pionerlər evi yerləşirdi. Bina modern stilində inşa edilmişdir. Voljsk-Kama bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Voljsk-Kama bankının binası | |
---|---|
rus. Здание отделения Волжско-Камского банка | |
47°13′19″ şm. e. 39°42′55″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1909 |
Memar | Aleksadr Nikolayeviç Beketov |
Memarlıq quruluşu | neoklassizm |
Vikianbarda əlaqəli mediafayllar |
Voljsk-Kama bankı XIX əsrin sonları Rusiya ərazisinə ən güçlü banklarından idi. Bank 1892-ci ildə Rostovda özünə filial açır. İlk əvvəllər bank özünə bina kirayələyir. 1897-ci ilə qədər bankın filialı Yaşenkonun gəlirli binasında yerləşirdi. Sonradan Qenç-Olquev binasına köçürülür. Bank özünə bina inşa etmək məqsədi ilə xarkovlu mühəndis Aleksadr Nikolayeviç Beketovu dəvət edilir. Birinci mərtəbədə ticarət obyekləri yerləşirdi. Digər ərazilər isə bankın istifadəsində idi. Sankt-Peterburqda buraxılan Zodçi jurnalı 1910-cu ildəki tirajlarından birində ofis xidmətləri üçün nəzərdə tutulan modern stilində inşa edilən ən yaxşı bina olaraq adlandırmışdı.
Sovet hakimiyyəti digər binalar kimi, bu binada milliləşdirilmişdir. 1925-ci il məlumatına görə burada Dövlət bankının Şimali-Qafqaz kontoru yerləşirdi[2]. 23 may 1936-cı ildə binada təntənəli şəkildə Pionerlər Sarayı[3] yerləşirdi.
İkinci dünya müharibəsi zamanı bina demək olar ki, zərər görməmişdir. Ancaq dam azca zərər görmüşdür. 1947-ci ildə Leonid Fyodoroviç Eberq binanın yenidən təmiri ilə məmğul olmuşdur.
1999-cu ildə binanın fasadı təmir edilmişdir. Binanın üzərində Voljsk-Kama bankı yazılan emblem hələdə qalır.
Bina dörd mərtəbədən ibarətdir. Əsas fasadı Bolşaya Sadovnaya küçəsinə baxır. Modern stilində inşa edilmişdir.