L. F. Volkenşteynin gəlirli binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Stanislavski küçəsi, ev 104/25, Qazetnaya xiyabanı, liter А ünvanında yerləşir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir[1][2].
Volkenşteynin binası | |
---|---|
rus. Доходный дом Л.Ф. Волкенштейн | |
47°12′53″ şm. e. 39°42′00″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın sahibi Lev Filippoviç Volkenşteynin Rostovun tanınmış vəkillərindən olmuşdur. O, teatr həvəskarlarından olmuşdur. Üstəlik onun digər xoşbəxtliklərindən biri isə Anton Pavloviç Çexonla eyni birinci sinifdə oxumuşdur. Bu iki taqanroqlu gimnaziya məzunlarını birləşdirən teatr idi. Biri böyük dramaturq digəri isə 1890-cı illərdə Rostov-na-Donuda məşhur olan Asmolov teatrının sahibi olmuşdur.
Bina ilk əvvəllər bir mərtəbəli olmuşdur. Sinradan orada təmir işləri aparılmış, lepka elementləri əlavə edilmişdir. Bir zamanlar Anton Pavloviç Çexovun həyst yoldaşı ilə birlikdə bir müddət bu binada yaşamışdır.
Sovet hakimiyyəti qurulduqdan sonra bina milliləşdirilmişdir. 1930-cu illərdə binaya iki mərtəbə əlavə edilmişdir. 1943-cü ildən binada Azov-Don paraxodçuluq təşkilatı yerləşirdi. Sonradan isə yenidən yaşayış binası kimi istifadə edilmişdir.
Binada yaşayan hazır ki sakinlərin sözlərinə görə onlardan öncə burada yaşamış sakinlərdən Anton Pavloviç Çexovun bu binanın ziyarət etməsi barədə məlumat almışlar[3]. Doğrusu binanın sahibi haqqında heç bir məlumat yoxdur. Ancaq Filippoviç Volkenşteynin Parisdə 30 may 1935-ci ilfə ölməsi ehtimal edilir. Mühaciyyətdə olduğu müddətdə o, «İllyostrirovannaya Rossiya» jurnalı ilə sıx əlaqədə olmuşdur. Burada pnun Anton Pavloviç Çexovla bağlı xatirələri əks efilmişdir. Onun şəklini «Priazovski kray» qəzetinin saylarının birində görmək mümkün olmuşdur. O, qəzetin hüquqşunası olmuşdur.