Volqadonsk dendrarisi

Volqodonsk dendrarisi (Romanov dendrarisi)Volqodonsk şəhərindən qərbdə yerləşən dendrari. Bu Donda yeganə çöl dendrarisi sayılır[2]. 11 ha ərazini əhatə edir və 1966-cı ildə E. P. Serebs tərəfindən təşkil edilmişdir. Burada açıq və qapalı mühitdə 240 növ bitki yetişdirilir. Onlar əsasən Aralıq dənizi hövzəsi, Avropa-Sibir, Çin-Yaponiya və Şimali Amerika regionu üçün xas olan bitkilərdən təşkil olunmuşdur. Dendrari Cənub Federal Universitetinin elmi bazası rolunu oynayır.

Volqodonsk dendrarisi
rus. Волгодонский дендрарий
Məlumatlar
Ölkə
Yerləşməsi Volqadonsk
Koordinatları 47°30′50″ şm. e. 42°08′01″ ş. u.
Sahəsi 11[1]
Yaradılıb 1966
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1966-cı ildə hökumət 1950-ci il RSFSR əməkdar meşəbəyi olan, Romanovsk mexanikləşdirilmiş meşəçilik təsərrüfatının direktoru Emelyan Protasoviç Skrebsin verdiyi təklif əsasında 11 ha ərazidə dendrari salmağı qərara alır. İlbəil dendraridə yeni-yeni ağac və kol biktiləri əkilməyə başlanılır. Nəticədə müxtəlif iqlim zonalarından 240 növ bitki yetişdirilir[3].

Bu parkı yaradanların qarşısında hədəf təkcə bu bitkiləri çöl şəraitinə uyğunlaşdırmaq olmamışdır. Bitkilər həm də qapalı şəraitdə belə saxlanılırdı. Onların qarşısında digər hədəf isə gözə gəlimli dekorativ bitkilərin yetişdirilməsi olmuşdur. Bu bitkilər sovet şəhərlərinin küçə, xiyaban və parklarının bəzədilməsində istifadə edilməli idi.

Sovet hakimiyyəti dağıldıqdan sonra dendraridə eniş başlamışdır. Ərazi qorunmamışdır. Bəzi ağaclar vandallar tərəfindən çıxarılmış, ərazidə pikniklər təşkil edilmiş, ərazi zibillənmişdi. 2006-cı ildə Rostov vilayəti rəhbərliyi tərəfindən verilən № 418 qərarla 70 obyekt qorunan ərazi elan edilmişdir. Onların içərisində də dendraridə olmuşdur.

Volqodonsk dendrarisi bölgə şəhərlərinin yaşıllaşdırılmasında böyük rol oynamışdır. Belə ki, burada daha tez böyüyən bitkilər müəyyən edilərək ümumi istifadəyə verilmişdir. Dendrarinin şərkəzində qızılgül sahələri geniş yer tutur. Burada 150 cins qızılgül yetişdirilir. Dendrari Rostov Universitetinin elmi təcrübə bazasına çevrilmişdir. 1966-cı ildə dendrari əməkdaşları burada meşəçilik muzeyini açmışlar. Buranı ümumilikdə 150 min insan ziyarət etmişdir.

Dendraridə olan dörd növ Rostov vilayətinin, iki növ Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmişdir[4].

  1. "Ландшафтная архитектура" (rus). Rostov Region. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-15.
  2. "История города" (rus). Официальный сайт истории города Волгодонска. 2018-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-15.
  3. "Волгодонский дендропарк" (rus). Объединённый календарь туристических событий Ростовской области. 2017-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-15.
  4. "Волгодонский дендрарий вычеркнут из ряда природных памятников Дона" (rus). Волгодонск.рф. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-15.