Vorkutlaq, həmçinin Vorkuta məcburi əmək düşərgəsi, Vorkuto-Peçor islah-əmək düşərgəsi, Vorkutpeçlaq, Vorkutstroy — Əmək Düşərgələri, Əmək Qəsəbələri və Həbs Yerləri Baş İdarəsi sistemindəki ən böyük əmək düşərgələrindən (QULAQ) biri. 1938-ci ildə təşkil olunmuşdur.[1] O, 1948-ci ildə Vorkuta və ətraf ərazilərdə yerləşən siyasi məhbuslar üçün xüsusi düşərgə kimi yaranmış Reçlaqdan fərqlidir.
Düşərgənin idarəsi Vorkuta şəhərində yerləşirdi. Düşərgədə kömür mədənində və mədən tikintisində işləyən 73 minə qədər məhbus var idi. Düşərgə 1932–1934-cü illərdə Birləşmiş Dövlət Siyasi İdarəsi, 1934–1946-cı illərdə NKVD və 1946-cı ildən 1962-ci ildə bağlanana qədər Daxili İşlər Nazirliyi tərəfindən idarə edilmişdir. Vorkutlaqda 1953-cü ilin iyulunda Vorkuta üsyanı baş tutmuşdu.