Voronov novruzgülü


Voronov novruzgülü (lat. Primula woronowii)[1] - novruzçiçəyi cinsinə aid bitki növü.[2]

Voronov novruzgülü
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 10 sm-ə qədər olan bitkidir. Yarpaqları tərsyumurtavari, kənarları kəsik dişli, yarıdan aşağı hissədə qısa saplağa tədricən daralmış, üst hissədən xırda və seyrək tükcüklü, alt hissədən əsasən damar boyunca sıx tükcüklüdür. Çiçəkləri çiçəkləmə dövründə yarpaq rozetləri üzərindən xeyli yüksəlirlər, çəhrayı, ağ, nadir hallarda daha tünd rəngli, diametri 2,5-2,7 sm; büküşü yastı, payları tərsyumurtavari, uzunluğu 1-1,3 sm, eni 1 sm-dir. Çiçəkaltlığı çox xırdadır. Çiçəksaplağı düz, 5-7 sm uzunluqda, sıx tüklüdür.[3]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ meşələrində, kolluqların arasında bitir.[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  4. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.