Vroom-un gözlənti teoriyası

Vroom- un gözlənti teoriyasına əsasən bir işçi ona verilən tapşırığı yerinə yetirdikdə, onların fikirlərinə aşağıdakılar təsir edir: Tapşırığı yerinə yetirmə ehtimalı Tapşırığı yerinə yetriməyin mümkün nəticəsi Gözlənti teoriyasına görə fərdlər özlərinə xeyir verəcək və ya zərəri azaldacaq fəaliyyətləri seçirlər. Bu teoriyaya əsasən “məqsəd” fərdlər üçün önəmli deyildir, əksinə həmin məqsədə çatanda, önəmli olan çatdıqları məqsədin onlar üzərində formalaşdırdığı təsirdir.

İşçilərin fikirlərinə təsir edən faktorlar:

Vroom-un gözlənti teoriyasına görə fikirlər aşağıdakı faktorlar tərəfindən təsir altına düşür: Gözlənti – Fərd özü tapşırığı yerinə yetirə biləcəyinə inanır? Dəyərlik – Tapşırığı yerinə yetirdiyi təqdirdə fərd üçün xeyir və ya zərərli olacağını anlayır? İnstrumentallıq – Tapşırığı yerinə yetirərkən fərd tərəfindən tapşırığın arzulanan nəticəyə çatmasının ehtimalı nə qədərdir? Gözlənti (Subyektiv Ehtimal)

Gözlənti bir fərdin tapşırığı yerinə yetirəcəyi ilə bağlı inancıdır. Buna təsir edən bir sıra faktorlar:

– Tapşırıq üçün ehtiyac olunan bacarıqlar – Həmkar və rəhbərlərin dəstəyi – Təchizat və ləvazimatlar – Uyğun informasiyaya çıxış

Gözləntiyə təsir edən faktorlardan biri də əvvəlki iş təcrübəsidir. Əgər əvvəlki təcrübələrdə tapşırıq uğurla yerinə yetirilibsə, gözlənti yüksək olacaqdır, əgər əksi olmuçdursa, o zaman gözlənti aşağı olacaqdır.

Dəyərlilik (Şəxsi Xeyir/Şəxsi Zərər)

Dəyərlilik – bir işçinin tapşırığı yerinə yetirdikdə, onun nəticəsinin hansı səviyyədə bilməsini ölçür. Əgər tapşırığı yerinə yetirmə, fərd tərəfindən arzuladığı nəticə verirsə, o zaman dəyərlilik pozitiv olur. Pozitiv dəyərliliyə nümunə olaraq, tərif, promot edilmə, təltifnamə, əmək haqqı yüksəlişini qeyd etmək olar. Əksi olarsa, neqativ dəyərlilik olur ki, buna da nümunə olaraq, yorğunluq, “tərli paltar”, bezmək, işdən qalmalar və s.

İnstrumentallıq

İnstrumentallıq arzulanan nəticənin saxlanılması ehtimalına fokus olur.

Ehtimal 1 – Tapşırığı uğurla yerinə yetirmə arzulanan nəticəyə gətirir. Ehtimal 0 – Tapşırığı yerinə yetirmə arzulanmayan nəticəyə gətirir. Ehtimal 0 və 1 arası – Tapşırığı yerinə yetirmənin arzulanan nəticəyə gətirməsi şansı var. Rəqəm nə qədər yüksək olarsa, fərdlər bir o qədər arzulanan nəticəyə çatacaqlarına inanırlar.

Vroom qeyd edir ki, dəyərlilik, gzölənti və motivasiya aşağıdakı formula ilə əlaqələnir:

Motivasiya = Dəyərlilik x Gözlənti

[1]

  1. "Arxivlənmiş surət". 2019-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-21.