Vsevolod Alekseyeviç Petrov (21 fevral 1896 – 1955) — sovet paleobotaniki, sovet spor-tozcuq metodunun yaradıcılarından biri, biologiya elmləri namizədi, Leninqradın Petroqrad rayon sovetinin deputatı (1928–1931-ci illərdə). "Dağlıq Qarabağın etnobotanikası" monoqrafiyasının müəllifi.[1]
Vsevolod Petrov | |
---|---|
Doğum tarixi | 21 fevral 1896 |
Vəfat tarixi | 1955 |
Təhsili | |
Mükafatları |
Petrov Azərbaycanda beş ekspedisiya keçirdi.[1] 1934-cü ildə Araz sahilində, Karyagino (indiki Füzuli) yaxınlığında qədim Roma XII Fulminata legionu qeyd edən latın daş yazısı aşkar etmiş, lakin yazının məlum olduğuna inanaraq ona heç bir əhəmiyyət verməmişdir.[2] 1939-cu ildə monoqrafiyanı tamamlamaq üçün bir il SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Botanika İnstitutunun ştatlı əməkdaşı olmuş, burada eyni vaxtda yerli arxeoloji ərazilərdən olan bitki qalıqlarının təhlili ilə məşğul olmuşdur.[1] 1940-cı ildə onun “Dağlıq Qarabağın etnobotanikası” adlı monoqrafiyası nəşr olunub.[1] Orada botanika və təsərrüfat istifadəsi baxımından Dağlıq Qarabağ bitkilərinin 100 növü təsvir verilmiş, həmçinin onlarla bağlı müxtəlif kult və inanclar barədə etnoqrafik məlumat var.