Vyaçeslav Kovalenko

Kovalenko Vyaçeslav Yevgenyeviç (rus. Вячеслав Евгеньевич Коваленко) — Rusiya diplomatı.

VYAÇESLAV KOVALENKO
Vyaçeslav Yevgenyeviç Kovalenko
V.Kovalenko Vladimir Putin ilə görüşür (2007)
V.Kovalenko Vladimir Putin ilə görüşür (2007)
Doğum tarixi (77 yaş)
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti diplomat

Həyatı[redaktə | mənbəni redaktə et]

Vyaçeslav Kovalenko 27 mart 1946-cı ildə doğulub. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universiteti yanında Şərq Dilləri İnstitutunu bitirib. Həmin ildən diplomatik sahədə xidmət edir.

1973-1978-ci illərdə SSRİ-nin Livandakı, 1983-1988-ci illərdə Tunisdəki səfirliyində, 1992-19971999-2003-cü illərdə Rusiyanın Belarusdakı səfirliyində işləyib.

2004-2006-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində MDB üzrə ikinci departamentin rəhbəri vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Rusiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub. Rusiya prezidenti Dmitri Medvedyev 2009-cu ildə onu Ermənistana səfir təyin edib.

Ərəb, fransız, Belarus dillərini bilir.

Evlidir, üç övladı var.

Mənbə[redaktə | mənbəni redaktə et]