Vyetnam Müvəqqəti Mərkəzi Hökuməti (fr. Gouvernement central provisoire du Viêt‑Nam., vyet. Chính phủ Trung ương lâm thời Việt Nam) — 1948–1949-cu illərdə Vyetnam ərazisi üzərində hakimiyyət iddiasında olan Fransayameylli hökumət. İkinci Dünya müharibəsindən əvvəl Vyetnam Hind-Çin İttifaqının müstəmləkə bölməsinin bir hissəsi idi.
Tarixi dövlət | |||
Vyetnamın Müvəqqəti Mərkəzi Hökuməti | |||
---|---|---|---|
|
|||
|
|||
Dilləri | Vyetnam dili | ||
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Dünya müharibəsindən sonra, 2 sentyabr 1945-ci ildə bütün Vyetnam ərazisində kommunistlər tərəfindən Vyetnam Demokratik Respublikası (VDR) elan edilmişdir. 6 mart 1946-cı ildə Fransa Hind-Çin İttifaqının bir hissəsi kimi Vyetnam Demokratik Respublikasının müstəqilliyini tanımış və 2 iyun 1946-cı ildə Fransanın Vyetnamdakı müstəmləkə hakimiyyəti Koxinxina Muxtar Respublikasını elan etmişdir. 6 iyul 1946-cı ildə Fontenbloda Fransa–Vyetnam Sülh Konfransı başlamışdı. Ho Şi Min VDR-nin Fransa ilə birləşməsinə və Koxinxina Muxtar Respublikasının tanınmamasına razı olduğunu bildirmişdi, 1946-cı ilin sonlarında Hind-Çin müharibəsi başlamışdır.[1]
1947–1948-ci illərdə münaqişənin siyasi həllini tapmağa çalışan Fransa milliyətçilərə arxalanmağa qərar vermişdi. Danışıqlar Honkonqda yaşayan keçmiş imperator Baoday ilə başlamış, lakin o, məsələ həll olunana qədər geri qayıtmaqdan imtina etmişdi.[1]
23 aprel 1949-cu ildə Koxinxina Ərazi Məclisi Vyetnamın bir hissəsi olmağa səs vermişdi. Bu qərar 20 mayda Fransa Senatı tərəfindən ratifikasiya edilmiş,[1] 14 iyunda Vyetnam Dövlətinin yaradılması elan edilmişdir.[2][3]