Vyetnam Konstitusiyası

Vyetnam Sosialist Respublikasının Konstitusiyası (vyet. Hiến pháp nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam) — Vyetnam Sosialist Respublikasının əsas qanunu.

Vyetnam Konstitusiyası
Növ konstitusiya
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Milli Məclisin növbəti iclasında deputatların 97,59 faizi konstitusiyaya dəyişikliklərin lehinə səs vermişdir (dəyişikliklər artıq 2002-ci ildə edilmişdi). Buna baxmayaraq, dəyişikliklərin maddələrin 90 faizini əhatə edirdi və bu qanunun strukturunu dəyişdirilmişdi. Odur ki, 2013-cü ildə yeni konstitusiyanın rəhbər tutulduğu hesab edilmişdir. Eyni zamanda, 1992-ci il Konstitusiyasının sosialist istiqaməti qorunub saxlanılır və hakim Vyetnam Kommunist Partiyasının siyasi kursunun dəyişməzliyi təsdiqlənir. Parlamentdə deputatların 97,59 faizi buna səs vermişdir. VKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Nquyen Şin Hunq parlamentin son günündə dediyi kimi, "parlamentin 1992-ci il Konstitusiyasına düzəlişləri qəbul etməsi ölkənin quruculuğunda və müdafiəsində, beynəlxalq inteqrasiyada yeni dövr açan tarixi əhəmiyyət kəsb edir. Bu sənəd bütün ölkə üzrə parlament üzvlərinin və seçicilərin, bütün səviyyələrdə təşkilat və idarələrin əməyinin nəticəsidir".[1]

Konstitusiya 120 maddə və 11 fəsildən ibarətdir:[2]

  • I fəsil. Siyasi sistem.
  • II fəsil. İnsan hüquqları, vətəndaşların əsas hüquq və vəzifələri.
  • III fəsil. İqtisadiyyat, sosial məsələlər, mədəniyyət, təhsil, elm, texnologiya və ətraf mühit.
  • IV fəsil. Vətənin müdafiəsi.
  • V fəsil. Milli Məclis.
  • VI fəsil. Prezident.
  • VII fəsil. Hökumət.
  • VIII fəsil. Xalq məhkəmələri və xalq prokurorluqları.
  • IX fəsil. Yerli idarəetmə.
  • X fəsil. Milli Seçki Komissiyası, Dövlət Auditi İdarəsi.
  • XI fəsil. Konstitusiyanın təsiri və onun dəyişdirilməsi qaydası.
  1. "Вьетнам начнёт 2014 год с новой Конституцией". 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-05.
  2. "Конституция Вьетнама (с 2014 г.)" (ingilis). 2014-11-13 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]