Vyetnamda meşəsizləşdirmə

Vyetnamda meşəsizləşdirməVyetnamda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir.[1]

Bununla belə, ümumi meşə örtüyünə gəldikdə, Vyetnam meşə keçidinə məruz qalmışdır. Onun meşə örtüyü 1990-cı illərin əvvəllərindən, onilliklər ərzində baş tutan meşəsizləşdirmədən sonra artmışdır.[2]

2005-ci ilə kimi, Vyetnamın torpaq örtüyünün 39.7%-i, yəni 12,931,000 hektar ərazi meşə ilə örtülmüşdür. Buna baxmayaraq, yalnız 85,000 hektar (torpaq örtüyünün 0.7%-i) ərazi ən çox biomüxtəlifliyə malik olan əsas meşə növündə idi.[3]

  1. Butler, Rhett A. "Nigeria has worst deforestation rate, FAO revises figures" Arxivləşdirilib 2009-06-18 at the Wayback Machine. mongabay.com. November 17, 2005.
  2. Patrick Meyfroidt, Eric F. Lambin (2008). "Forest transition in Vietnam and its environmental impacts." Global Change Biology 14 (6), pp. 1319–1336.
  3. "Vietnam Deforestation Rates and Related Forestry Figures" Arxivləşdirilib 2008-03-03 at the Wayback Machine. mongabay.com. Retrieved on May 31, 2009.