Webometrics Ranking of World Universities (azərb. Dünya universitetlərinin vebometriks reytinqi) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
2004-cü ildən keçirilir.[1] Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi aparır.[1]
Ali məktəblərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılır.[1] Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.[1]