Whirlpool — ABŞ-də şirkət, ticarət markası
Whirlpool 1911-ci ildə ABŞ-də yaradılıb. Hal-hazırda bu brend dünyanın 170-dən çox ölkəsində təmsil olunmaqdadır. Whirlpool-un istehsal sahələrində 70 000-dən çox işçi çalışır. Bunlardan ancaq 3000-i yeniliklər və effektiv texnologiyaları yaradan mühəndislərdir. Bu o deməkdir ki, sizin əldə etdiyiniz hər Whirlpool məhsulu üzərində məhz 3000 mühəndis çalışıb. Şirkətin sadəcə 2009-cu ildə satış həcmi 19 milyard dolları aşıb. İnnovativ texnologiyalarla zamanın nəbzini tuta bilən marka artıq öz sektorunun № 1-dir. Bütün dünyada bəyaz məişət əşyaları və texnikası, habelə quraşdırılma mətbəx avadanlıqları axtarışları zamanı müştərilərin ən çox üstünlük verdiyi marka məhz Whirlpool-dur.